Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransada jurnalistlərin öldürülməsi hadisəsinə münasibət bildirib.

Açıqlama / 08.01.2015 / 15:00

“ABŞ-da Quranı yandırırdılar və bunu da televiziyalar göstərirdilər” 
M.Qurbanlı “Qafqazinfo”ya açıqlamasında terror aktına münasibətinin olduqca mənfi olduğunu vurğulayıb: “Bununla bağlı möhtərəm Prezidentimiz  Fransa prezidentinə öz başsağlığı mesajını verib. Həmin mesajda da Prezidentimiz bu məsələni qətiyyətlə pisləyib. Azərbaycan erməni terrorundan əziyyət çəkən bir ölkədir. Ona görə də biz hər cür terrorizmi qətiyyətlə pisləyirik.  Xüsusilə də terrordan öz məqsədləri üçün istifadə etmək istəyənlərin əleyhinəyik. Amma xristian, qeyri-islam dünyası bütövlükdə bir məsələni anlasın ki, müqəddəslər, peyğəmbərlərlə bağlı hər hansı hərəkətin edilməsi əks reaksiya doğurur. Buna çox ehtiyatla yanaşmaq lazımdır. Dəfələrlə Qərb mətbuatında Məhəmməd peyğəmbərlə, Qurani-Kərimlə bağlı qeyri-etik hərəkətlərə yol verilib. Xatırladım ki, ABŞ-da  Quranı yandırırdılar və bunu da televiziyalar göstərirdilər”.
Komitə sədri bunu dinlər və mədəniyyətlərarası dialoqa mənfi təsir göstərən hal kimi qiymətləndirib: “Lakin bu cür hərəkətlərin hansısa terrorla aradan qaldırılması istəklərini pisləyirik. Hesab edirik ki, əgər kimlərsə müqəddəslərə toxunursa, bu cür hərəkətləri yolverənləri ictimai qınaqla, müxtəlif tədbirlər keçirərək, bunun yolverilməzliyini həmin topluma çatdırmaqla həll etmək lazımdır. Hər hansı silaha əl atmaq, əlbəttə, yolverilən deyil. Ona görə də Fransada törədilən terror hərəkəti başa düşülən deyil, yolverilməzdir və bu əslində İslam dünyası ilə xristian dünyası arasında olan ziddiyyətləri daha da dərinləşdirir, islamafobiyanı Qərb dünyasında gücləndirir, tədricən qarşıdurmanı daha da mürəkkəbləşdirir. Ona görə də, biz bu hadisəni qətiyyətlə pisləyirik. Hesab edirik ki, terrorun vətəni milliyyəti, fərdiliyi yoxdur, terror elə terrordur”. 
M. Qurbanlı terror hadisəsi ilə bağlı dünəndən bəri  səsləndirilən versiyalardan xəbərdar olduğunu qeyd edib: “Amma bu versiyalar inandırıcı görünmür. Araşdırmalar göstərəcək ki, bunu kim törədib. Dünənki informasiyalarda terroru kimin törətməsi ilə bağlı hansısa təşkilatın adı qətiyyətlə səsləndirilməyib. Avropda və ya başqa bir yerdə İslama qarşı nifrət yaratmaq məqsədi ilə belə bir fəlakətin törədilməsi ehtimalı bir qədər inandırıcı görünmür. Amma məsələ tam aydınlaşmayana qədər hər cür ehtimalı da irəli sürmək mümkündür”.  

Son baxılan xəbərlər

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu

Qobustanda “Şəhadət” filmi nümayiş olunub

Press-relizlər
24.10.2017 / 16:28
Ətraflı oxu

Azərbaycanın nümunəvi din siyasəti: uğurlarımız və perspektivlər

Xəbərlər
14.01.2016 / 17:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qaxda vətəndaşları qəbul edəcək

Xəbərlər
19.07.2019 / 11:53
Ətraflı oxu

Zaqatalada “Dini radikalizm və zərərli vərdişlərlə mübarizədə təhsilin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
15.10.2019 / 16:29
Ətraflı oxu

Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırdı

Xəbərlər
18.10.2019 / 14:38
Ətraflı oxu