“Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər / 01.02.2018 / 15:54

Fevralın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbdə “Gənclər və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru  Elçin Mirzəzadə, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Mirzəzadə çıxışında məktəbdə keçirilən maarifləndirmə tədbirlərinin şagirdlərin milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında dini radikalizm, ekstremizm və onların fəsadları haqqında məlumat verərək milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. T.Həsənzadə, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş, gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hisslərinin  təbliğ olunması məqsədi daşıyan “Şəhadət” filmi haqqında danışıb. 2 fevral - Gənclər günü haqqında məlumat verən T.Həsənzadə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub. 


Son baxılan xəbərlər

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər bizim sərvətimizdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.09.2018 / 12:18
Ətraflı oxu

Biz – Azərbaycan yəhudiləri azərbaycanlı qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!

Xəbərlər
06.10.2020 / 10:15
Ətraflı oxu

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
24.04.2018 / 17:57
Ətraflı oxu

Sabunçu rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
09.06.2018 / 10:32
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavinləri vətəndaşları qəbul edəcək

Xəbərlər
13.03.2020 / 14:55
Ətraflı oxu