“Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 30.01.2018 / 17:02

Yanvarın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və “KCA Deutag” şirkətinin birgə təşkilatçılığı ilə “Həmrəylik – dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları və şirkətin nümayəndələri iştirak ediblər.
Öncə Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində formalaşdığını, müqəddəs dinimiz İslamın xalqımızı həmrəyliyinə, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edən ali dəyər olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov “Şəhadət” sənədli filmi haqqında danışaraq bildirib ki, filmdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş əsgərlərimizdən, onların xalqımız və dövlətimiz tərəfindən ehtiramla yad edildiyindən, eləcə də cihad adı altında xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrin tərkibində vuruşan insanların acı taleyindən bəhs olunur. O qeyd edib ki, gənc nəslin düzgün istiqamətdə, Vətənə layiq övlad kimi tərbiyə olunmasında “Şəhadət” kimi sənədli filmlərin çox böyük əhəmiyyəti var.      
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Son baxılan xəbərlər

“Multikulturalizm: meyillər və reallıqlar” kitabının təqdimatı olub

Multikulturalizm
20.12.2016 / 11:42
Ətraflı oxu

Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider

Press-relizlər
18.06.2019 / 09:52
Ətraflı oxu

Qusarda daha bir layihəyə yekun vurulub

Press-relizlər
07.11.2017 / 16:11
Ətraflı oxu

Saatlıda Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Press-relizlər
26.02.2019 / 16:49
Ətraflı oxu

2 və 9 saylı cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
18.08.2017 / 17:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Hər bir məscid Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi təqvimlərə ...

Müsahibələr
13.06.2016 / 12:11
Ətraflı oxu