Masallıda “Azərbaycan tolerantlığın məkanıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 26.01.2018 / 17:09

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Miyankü kənd məscidi dini icması tərəfindən Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbində “İslam dini: sülh və vəhdətə çağırış” adlı layihə çərçivəsində “Azərbaycan tolerantlığın məkanıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov, Miyankü kənd məscidi dini icmasının sədri Sadıx Məmmədov, ziyalılar və gənclər  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov qeyd edib ki, ölkəmizdə mövcud olan bütün dinlərin, mədəniyyətlərin, millətlərin nümayəndələri bərabər şəraitdə yaşayırlar.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov bildirib ki, Azərbaycanda tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi, o cümlədən bu ənənələrin inkişafını özündə ehtiva edən Azərbaycançılıq ideologiyası təşkil edir.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, dini icma sədri Sadıx Məmmədov və başqaları mövzu ətrafında çıxış ediblər.
Sonda tədbir iştirakçılarına DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı kitablar və digər çap məhsulları paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Dini radikalizmin qarşısı alınır və alınacaq (Video-müsahibə)

Müsahibələr
17.09.2014 / 18:24
Ətraflı oxu

Yevlaxda Xocalı soyqırımı qurbanları anılıb

Press-relizlər
21.02.2020 / 15:14
Ətraflı oxu

Masallıda “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizə yolları” mövzusunda tədbir keçirilib

Xəbərlər
14.11.2019 / 16:31
Ətraflı oxu

Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib

Press-relizlər
22.11.2018 / 09:38
Ətraflı oxu

Səyavuş Heydərov: “Dünyəvilik və Azərbaycançılıq prinsiplərinin qorunması vacibdir”

Press-relizlər
12.10.2018 / 11:16
Ətraflı oxu

Qubada dini ekstremizmlə mübarizə yollarına həsr olunan tədbir keçirilib

Press-relizlər
08.02.2017 / 15:41
Ətraflı oxu