Bərdədə “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər / 26.01.2018 / 16:04

Yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Bərdə şəhər 7 saylı ümumi orta məktəbdə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, Qarabağ bölgə qazısı Ramazan Hüseynov, Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları, məktəbin direktoru Mehparə Mustafayeva, müəllim və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mehparə Mustafayeva “Şəhadət” sənədli filmi haqqında məlumat verərək bildirib ki, bütün dünyanı narahat edən ən ciddi problemlərdən biri dini radikalizmdir. Natiq çıxışı zamanı qeyd edib ki, dövlət tərəfindən dini radikalizmə qarşı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir. Onun sözlərinə görə, gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği və təşviqi məqsədilə hazırlanan “Şəhadət” filmində Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir.
Daha sonra çıxış edən bölgə qazısı Ramazan Hüseynov İslamda şəhidliyə verilən qiymət barədə danışaraq qeyd edib: “Şəhadət məktəbində şəhid olan insanları Allah yüksək qiymətləndirir. Dinimizdə təcavüzlə şəhid adı almaq mümkün deyil. Bir şəxs ki, digər ölkələri zəbt edərkən həlak olur, onu şəhid adlandırmaq olmaz. İslamın bu cür hərəkətlərə rəğbəti yoxdur”.
Azərbaycan Respublikasından kənarda mövcud olan qanunsuz silahlı birləşmələrdə vuruşan vətəndaşlarımızın faciəvi taleyi, ailələrinin qarşıladıqları çətinliklərdən bəhs edən DQİDK-nın əməkdaşı Rahib İbrahimov vurğulayıb ki, gəncləri xalqımızın vətənpərvərlik ruhuna zərbə vurmaq üçün təbliğ edilən radikal dini cərəyanların təsirindən qorumaq vacibdir.
Filmin nümayişindən sonra Bərdə RPŞ-nin əməkdaşı Vüsalə Əzimova film ilə bağlı təəssüratlarını bölüşərək ölkəmizdə vətəndaşlar arasında ekstremizm və radikalizm hallarının qarşısını almaq, vahimə yaradan terrorçuluq əməllərini öncədən zərərsizləşdirmək və ölkə daxilində sabitliyin pozulmasına yönələn təhlükəli əməlləri əngəlləmək üçün kifayət qədər hüquqi bazanın olduğunu deyib.
Sonda tədbir iştrakçılarının sualları cavablandırılıb.  


Son baxılan xəbərlər

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

Açıqlama
21.03.2020 / 10:10
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Şamaxıda Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
26.02.2018 / 09:54
Ətraflı oxu

Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

Multikulturalizm
04.04.2016 / 09:52
Ətraflı oxu

Dövlət Komitəsi dini durumda sabitliyin qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir (Açıqlama)

Açıqlama
16.01.2014 / 12:19
Ətraflı oxu