Zaqatalada “Azərbaycanda ənənəvi İslam dəyərləri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 26.01.2018 / 12:08

Yanvarın 25-də Zaqatalada “Azərbaycanda ənənəvi İslam dəyərləri” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon prokuroru Əli Abdullayev, Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev və kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Nəriman Əfəndiyev milli-mənəvi dəyərlərin tərkib hissəsi olan ənənəvi islami dəyərlərin qorunub saxlanmasının vacibliyi və əhəmiyyəti barədə danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev bildirib ki, İslam dininin əsasını sülh, tolerantlıq kimi humanist prinsiplər təşkil edir. “Lakin, təəssüf hissi ilə qeyd olunmalıdır ki, əsrlərlə bu dini müxtəlif təriqətlərə parçalayaraq əsl mahiyyətini dəyişib, terror və zorakılıq dininə çevirməyə cəhdlər edilib. Azərbaycanda isə bu cəhdlər nəticəsiz qalıb, heç bir qeyri-ənənəvi təriqət burada özünə kök sala bilməyib. Xalqımız ənənəvi İslam dinini qoruyaraq nəsildən-nəslə ötürüb” – ,deyə  İ.Vəliyev vurğulayıb.
Zaqatala rayon prokuroru Əli Abdullayev ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb. Bildirilib ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib.
Seminar-müşavirədə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb. Tədbir işini müzakirələrlə davam etdirib. 

Son baxılan xəbərlər

Cəlilabadda “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.10.2018 / 16:26
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir"

Xəbərlər
21.09.2020 / 10:19
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Cəlilabad və Yardımlı rayonlarında vətəndaşları qəbul ediblər

Xəbərlər
29.10.2019 / 16:47
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb

Press-relizlər
05.02.2020 / 16:15
Ətraflı oxu

Mübariz Qurbanlı: "Cənab Prezident öz çıxışında qeyd etdi ki, biz öz haqq səsimizi hər ...

Xəbərlər
17.03.2020 / 09:25
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının Özbəkistan saytlarında məqaləsi dərc edildi

Multikulturalizm
26.08.2020 / 13:39
Ətraflı oxu