Sabirabadda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 25.01.2018 / 16:17

Yanvarın 25-də Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasında “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “İslam sülh, barışıq və həmrəylik dinidir” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev, Dadaşbəyli kənd məscidi dini icmasınının dini ayinlərinin icraçısı Elvin Zeynallı, dini icma üzvləri, kənd ziyalıları, ağsaqqalar və gənclər iştirak ediblər.
Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev çıxış edərək, İslamın sülhsevərlik, humanizm və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb. O, həmçinin Azərbaycandakı dinlərarası və məzhəblərarası qarşılıqlı hörmət, həmrəylik və etimad mühitinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov dünyada və Azərbaycanda, xüsusilə də müsəlman dünyasında gedən proseslərdən, ölkəmizdə dini radikalizmin qarşısının alınma yollarından danışıb. İslamın sülh, həmrəylik və qardaşlıq dini olduğunu vurğulayan natiq onun radikalizmə, ekstremizmə və terrorizmə qarşı olduğunu qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov çıxışında respublikamızdakı mövcud dini durum, dövlət-din münasibətləri, eləcə də dövlətin dinə qayğısından danışıb. O, ölkəmizdə məzhəb ayrı-seçkiliyinin olmadığını, insanların mehriban şəraitdə yaşadığını, İslamın tolerant din olduğunu, insanları vəhdətə və birliyə çağırdığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb. 


Son baxılan xəbərlər

Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirilib

Press-relizlər
19.04.2016 / 18:12
Ətraflı oxu

“Dini radikalizm və zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.11.2019 / 10:52
Ətraflı oxu

Bölgələrdə Xocalı faciəsi qurbanları anılır

Press-relizlər
24.02.2020 / 16:44
Ətraflı oxu

Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib

Press-relizlər
15.05.2018 / 10:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Açıqlama
04.11.2015 / 18:04
Ətraflı oxu

Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
12.06.2019 / 09:33
Ətraflı oxu