Prezidentin Sərəncamı respublikamızda uğurla icra olunur

Press-relizlər / 25.01.2018 / 11:48

Yanvarın 24-də “Qax şəhər məscidi” dini icmasının “Mədəniyyət və din” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Qax Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon qazısı Novruz Sadıqov, “Qax şəhər məscidi” dini icmasının sədri Hacı Əsgərov, dini icmanın üzvləri və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Hacı Əsgərov mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İ. Vəliyev mədəniyyətlərin formalaşmasında dinin danılmaz rolu olduğunu bildirib. Şöbə müdiri onu da qeyd edib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilir.
Qax RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı N. Nəsirov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. 


Son baxılan xəbərlər

Qusarda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
29.06.2018 / 15:40
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu

Ölkəmizdə multikulturalizmin və tolerantlığın əsas amili həm də dinlərin qanun qarşısında bərabərliyidir

Multikulturalizm
05.02.2016 / 15:35
Ətraflı oxu

Masallıda dini icma sədrləri və dindarlarla görüş keçirilib

Press-relizlər
16.05.2018 / 14:18
Ətraflı oxu

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
09.02.2018 / 16:45
Ətraflı oxu

Ağdaşda “Ramazan ayı ilə əlaqədar qarşıda duran vəzifələr” mövzusu müzakirə olunub

Press-relizlər
02.05.2019 / 14:34
Ətraflı oxu