Salyanda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 24.01.2018 / 15:55

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Şorsulu kənd məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Vüqar Əliyev,  Salyan Rayon İcra Hakimiyyəti(RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Aqşin Babayev, dini icmanın sədri Ramil Məmmədov, Şorsulu kənd bələdiyyəsinin sədri Famil Məmmədov, eləcdə  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan RİH Başçısı Aparatının nümayəndəsi Aqşin Babayev tədbirin keçirilməsinin əhəmiyyətindən söz açaraq  bildirib ki, biz bu gün milli-mənəvi dəyərlərimizin təbliğ və təşviqindən danışanda həmin dəyərlərin tərkib hissəsi olan islami dəyərlərimizə və müasirliyə diqqət yetirməliyik. Buna görə milli-mənəvi dəyərlərimizin qorunması dedikdə, eyni zamanda, İslamın əsl mahiyyətini, əsl dəyərini olduğu kimi gənc nəslə çatdırmağı zəruri hesab edirik.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Vüqar Əliyev bildirib ki, bu gün Azərbaycanda dini durum sabitdir. Azərbaycanda heç vaxt dini qarşıdurmaya çağırış olmayıb, dini ayrı-seçkiliyi təbliğ və təşviq edən qruplar yoxdur. Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub. Ayrı-ayrı etiqad və inanclara malik etnosların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında bizim xalqımıza xas olan humanizmin və multikultural dəyərlərin müstəsna rolu var.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov qeyd edib ki, milli-mənəvi dəyərlər hər bir xalqın özünəməxsusdur və radikal qrupların bu dəyərlərə ziyan vurmasına imkan verilməməlidir. Bildirib ki, Azərbaycanda müəyyən dini cərəyanların, radikal dini qrupların kök atması, dərinləşməsi mümkün deyil. Çünki Azərbaycanda radikal qrupların dayaqları yoxdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 


Son baxılan xəbərlər

“Dini radikalizmə və ekstremizmə qarşı mübarizədə vətənpərvərlik hissinin önəmi” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 13:53
Ətraflı oxu

Tehranda “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfrans keçirilib

İSLAM HƏMRƏYLİYİ İLİ
07.08.2017 / 18:00
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
12.12.2019 / 10:25
Ətraflı oxu

“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər
22.11.2016 / 15:30
Ətraflı oxu

Qubada dini radikalizmlə mübarizə yolları müzakirə olundu

Press-relizlər
24.06.2016 / 11:14
Ətraflı oxu

Dövlət Komitəsində 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Xəbərlər
26.07.2019 / 17:30
Ətraflı oxu