Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

Açıqlama / 24.01.2018 / 13:07

 “Azərbaycanda məzarlıqlarla bağlı qərar layihəsi olmayacaq, bununla bağlı Nazirlər Kabineti məzarlıqlar və dəfn mərasimini tənzimləyən qaydaları təsdiq edəcək. Qaydalar artıq hazırdır, təsdiq olunma ərəfəsindədir”.
Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri qeyd edib ki, bu qaydaları özündə ehtiva edən sənəd artıq bütün müzakirələrdən keçib: “Nazirlər Kabinetində buna dəfələrlə baxılıb. Sadəcə, bu, çox həssas mövzudur və hərtərəfli araşdırılmalıdır. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də rəyi var, Dövlət Komitəsi də qaydalara baxıb.
Bu məsələ Nazirlər Kabinetində ekspertlərin, hüquqşünasların, sosioloqların, o cümlədən ilahiyyatçı alimlərin iştirakı ilə müzakirə olunub. Artıq bütün mərhələlərdən keçib. Hesab edirəm ki, qaydalar yaxın vaxtlarda təsdiq olunacaq. Bununla bağlı heç bir sual, hər hansı əngəl yoxdur. Sadəcə, sənəd müxtəlif instansiyalardan keçməli və müzakirə olunmalıydı. Bu, olduqca həssas məsələ olduğu üçün tələskənliyə yol verilmir. Nazirlər Kabineti prosedura uyğun olaraq, qaydaları yaxın vaxtlarda təsdiq edəcək”, - deyə M. Qurbanlı bildirib.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Xəbərlər
18.11.2017 / 14:04
Ətraflı oxu

Səyavuş Heydərov: "Din siyasiləşəndə çox təhlükəli silaha çevrilir"

Xəbərlər
01.10.2019 / 11:05
Ətraflı oxu

“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
03.03.2017 / 12:30
Ətraflı oxu

Bakıda “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.10.2018 / 10:27
Ətraflı oxu

UNESCO-da Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

Xəbərlər
15.11.2014 / 11:37
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: “Məhərrəmlikdə dini ayinlərin evlərdə keçirilməsinə icazə verilməyəcək”

Açıqlama
30.09.2016 / 12:13
Ətraflı oxu