Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 23.01.2018 / 14:41

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakən şəhər Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Zaur Solxayev, Balakən Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov, eyni zamanda müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyanın insan sağlamlığına zərərlərindən danışıb, məktəblilərə bu zərərli vərdişdən kənar durmağı tövsiyə edib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov məruzəsində narkomaniyadan əziyyət çəkən gənclərin və ailələrin acınacaqlı talelərindən danışıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə narkomaniyanın XXI əsrin bəlası olduğunu bildirib. O, həmçinin dini radikalizmin zərərləri və radikal qrupların fəaliyyəti barədə danışıb, gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini vurğulayıb.
Balakən Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev məktəblilərin zərərli vərdişlərdən qorunmasında onların asudə vaxtlarının səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 14:44
Ətraflı oxu

Mehman İsmayılov: “Din xadimlərinə maddi dəstək veriləcək”

Açıqlama
04.05.2018 / 12:01
Ətraflı oxu

“Böyük qələbədən quruculuğa: başlıca vəzifələrimiz” mövzusununda videokonfrans keçirilib

Press-relizlər
13.11.2020 / 17:51
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
09.09.2019 / 16:04
Ətraflı oxu

Bölgələrimizdə Xocalı soyqırımının 28-ci ildönümü silsilə tədbirlərlə qeyd olunur

Press-relizlər
26.02.2020 / 13:35
Ətraflı oxu

Şabranda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
10.05.2018 / 15:38
Ətraflı oxu