Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 23.01.2018 / 14:41

Yanvarın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Balakən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Balakən şəhər Zərifə Əliyeva adına 3 saylı tam orta məktəbdə “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Zaur Solxayev, Balakən Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nurlan Şibliyev, Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov, eyni zamanda müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yeganə Zamanova narkomaniyanın insan sağlamlığına zərərlərindən danışıb, məktəblilərə bu zərərli vərdişdən kənar durmağı tövsiyə edib.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşı Ədil Bayramov məruzəsində narkomaniyadan əziyyət çəkən gənclərin və ailələrin acınacaqlı talelərindən danışıb.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Sərxan Tahirzadə narkomaniyanın XXI əsrin bəlası olduğunu bildirib. O, həmçinin dini radikalizmin zərərləri və radikal qrupların fəaliyyəti barədə danışıb, gənclərin dini radikalizmdən uzaq olmalarının vacibliyini vurğulayıb.
Balakən Rayon Gənclər və İdman idarəsinin əməkdaşı Nurlan Şibliyev məktəblilərin zərərli vərdişlərdən qorunmasında onların asudə vaxtlarının səmərəli təşkilinin əhəmiyyətini qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol ...

Arxiv
08.06.2018 / 10:30
Ətraflı oxu

Tərtər rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 14:58
Ətraflı oxu

“Milli kimliyin formalaşmasında dini dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.07.2017 / 16:00
Ətraflı oxu

Dini radikalizm tolerantlıq prisiplərinə ziddir

Press-relizlər
31.01.2018 / 15:42
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu