Qubada şəhidlər anılıb

Press-relizlər / 19.01.2018 / 16:59

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Quba şəhərində yerləşən Şəhidlər xiyabanına ziyarət təşkil olunub.
Ziyarətdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, şöbənin əməkdaşları, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov və rayon üzrə səlahiyyətli nümayəndələri, dini icma sədrləri, imamlar, dini ayin icraçıları, mütəvəllilər və KİV nümayəndələri iştirak ediblər.
Ziyarət iştirakçıları ilk öncə şəhid məzarlarına gül dəstələri qoyub, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən soydaşlarımızın ruhlarına dualar ediblər.
Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev bildirib ki, şəhidlərin uyuduqları məzarlıqların ziyarət olunması tərbiyəvi əhəmiyyətə malikdir. Bura gələn hər bir şəxs bu insanların Vətən uğrunda canlarından keçdiklərini və təkcə öz qohum-qardaşının deyil bütöv bir xalqın qürur mənbəyi olduğunu anlayır.
Quba RİH başçısı Aparatının nümayəndəsi Tariyel İbrahimov da şəhid ailələrinə dövlət qayğısından bəhs edib.
QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov şəhidlik zirvəsinin Allah qatında ən uca məqam olduğunu qeyd edib və bildirib ki, şəhidləri ziyarət etmək ən yaxşı əməllərdəndir. Qazı qeyd edib ki, dindarlar şəhidlərin vətən üçün canlarından keçdiklərini və onların qanı ilə yoğrulmuş torpağımızın nə qədər müqəddəs olduğunu xütbələrində və insanlarla görüşlərində diqqətə çatdırmalıdırlar.
Şəhidlər xiyabanına ziyarət bitdikdən sonra məscidlərdə şəhidlərə həsr edilmiş görüşlər keçirilib və ehsanlar verilib.  


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “İctimai-siyasi sabitliyə qarşı yönələn hərəkətlər cəzasız qalmayacaq”

Açıqlama
26.11.2015 / 18:00
Ətraflı oxu

Qubada “Sülh aylığı”na həsr edilmiş tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 17:00
Ətraflı oxu

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.09.2019 / 12:36
Ətraflı oxu

“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.02.2016 / 13:55
Ətraflı oxu