Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 18.01.2018 / 17:37

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Quba rayonu Ağbil kənd məscidi dini icmasının “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə” adlı layihə çərçivəsində rayonun Qırmızı qəsəbəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Aqil Əlisoy, rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov, Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fərid Səmədov, qəsəbə 1 saylı tam orta məktəbin direktoru Yavuşva Simanduyev və ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Yavuşva Simanduyev bildirib ki, Qırmızı qəsəbə tolerantlığın və multikulturalizmin canlı nümunəsidir. O qeyd edib ki, rəhbərlik etdiyi məktəbin özündə belə müxtəlif xalqların, millətlərin və etniklərin nümayəndələri təhsil alır və təhsil sahəsində çalışırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə çıxış edərək vurğulayıb ki, tolerantlıq xalqımız üçün ən önəmli dəyərlərdən biridir. Eyni zamanda onu da bildirib ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilir.
Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy çıxışında qeyd edib ki, ölkəmizdə hər bir vətəndaş üçün sərbəst dini ayinlərin yerinə yetirilməsinə şərait yaradılıb.
Tədbirdə çıxış edən digər natiqlər Quba Rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Murtuzov, Quba Rayon İcra Hakimiyyəti başçısının Qırmızı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Fərid Səmədov bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
  


Son baxılan xəbərlər

Ucarda “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib

Xəbərlər
22.02.2019 / 16:04
Ətraflı oxu

Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın vəfatı ilə əlaqədar nekroloq imzalanıb

Xəbərlər
11.06.2021 / 15:16
Ətraflı oxu

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 16:44
Ətraflı oxu

“Nizami Gəncəvinin dini-fəlsəfi görüşlərində ümumbəşəri ideyalar” mövzusunda onlayn konfrans keçirilib

Xəbərlər
26.05.2021 / 15:31
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
06.06.2018 / 12:11
Ətraflı oxu

DQİDK-nın dəstəyi ilə bölgələrdə aprel döyüşlərinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər
25.04.2018 / 15:53
Ətraflı oxu