Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbirlər davam etdirilir

Press-relizlər / 18.01.2018 / 15:43

Yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Kəmalə Tahirovanın təklifi ilə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra Kəmalə Tahirova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb. 
Tədbirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Dövlət Komitəsinin dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib, “Fitnə” və “Şəhadət” sənədli filmlərinin mahiyyəti və əhəmiyyətini tədbir iştrakçılarının diqqətinə çatdırıb. Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.   
Film ətrafında aparılmış müzakirələr zamanı çıxış edən Mingəçevir ŞİH-in nümayəndəsi Sahib Əliyev deyib ki, hazırda islamofobiyanın dünyanın əksər inkişaf etmiş ölkələrində geniş yayıldığı dövrdə dövlət başçımızın İslam həmrəyliyinin təmin olunması üçün etdiyi çıxışlar İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Xaçmazda “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib

Press-relizlər
30.03.2018 / 17:22
Ətraflı oxu

Qeydiyyatdan keçən dini icmalara şəhadətnamələr verilib

Xəbərlər
11.07.2019 / 17:00
Ətraflı oxu

Mübariz Qurbanlı: “Mən əminəm ki, bu cür hadisələr bir daha Nardaranda olmayacaq”

Müsahibələr
07.12.2015 / 10:50
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan tolerantlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi”

İSLAM HƏMRƏYLİYİ İLİ
28.12.2017 / 11:12
Ətraflı oxu

“Mənəvi borc” filminin video formatda təqdimatı keçirilib

Press-relizlər
12.08.2020 / 16:22
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin Məlumatı

Bəyanat
03.11.2014 / 17:35
Ətraflı oxu