Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 17.01.2018 / 15:17

Yanvarın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, eləcə də məktəbin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan tam orta məktəbin direktoru Anar İsmayılov bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib, radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslə ötürülməsinin mühüm vəzifələrdən biri olduğunu qeyd edib.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib

Xəbərlər
06.11.2018 / 10:36
Ətraflı oxu

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbirlər keçirilib

Press-relizlər
10.05.2018 / 17:11
Ətraflı oxu

Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə tədbir keçirilib

Press-relizlər
09.01.2018 / 15:36
Ətraflı oxu

Hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.08.2018 / 15:06
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Arxiv
16.12.2016 / 15:24
Ətraflı oxu

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu