Qubanın Güləzi kəndində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 16.01.2018 / 17:15

Yanvarın 16-da Azərbaycanda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Quba rayonu Ağbil kənd məscidi dini icması tərəfindən rayonun Güləzi kəndində “İslam həmrəyliyinin Azərbaycan modeli: keçmişdən müasir dövrə” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba Rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov, Güləzi kənd tam orta məktəbinin direktoru Fəxrəddin Yaqubov, Ağbil kənd məscidi dini icmasının sədri Hacıməhəmməd Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fəxrəddin Yaqubov rəhbəri olduğu məktəbdə ənənəvi İslam dininin və milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, məktəbin pedaqoji kollektivi yeniyetmələrlə vaxtaşırı bu mövzuda söhbətlər aparır, məşğələ saatları və disputlar təşkil edir.
Quba RİH başçısı Aparatının nümayəndəsi Tariyel İbrahimov tədbirdə çıxış edərək dövlət – din münasibətlərinə toxunub. O bildirib ki, bütün sahələrdə olduğu kimi dini sahədə də Azərbaycan dövlətinin diqqət və qayğısı hiss olunmaqdadır. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məlum Sərəncamından sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Azərbaycanda əsrlərlə mövcud olan ənənəvi dinə olan doğma münasibətin təzahürüdür” – deyə  T.İbrahimov vurğulayıb.  
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev tədbirdə geniş məruzə ilə çıxış edib. O vurğulayıb ki, həmrəylik Azərbaycan xalqının damarında axan qan kimi varlığına nüfuz edib. Xalqımız İslam dininin barış dini olduğunu bilərək bu dinə böyük məhəbbət və ehtiramla yanaşıb. Bundan əlavə əhalinin mütləq əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq burada yaşayan digər dinlərin nümayəndələrinə də həmişə hörmət və qayğı ilə yanaşılıb. Hazırda da bu proses Azərbaycanda əvvəllər olduğu kimi qorunub saxlanılır. Dövlətimiz və onun rəhbəri bu istiqamətdə çox saylı tədbirlərin keçirilməsini dəstəkləyir.
Quba Rayon Təhsil şöbəsinin əməkdaşı Anar Murtuzov tədbirdə çıxış edərək qeyd edib ki, təhsil müəssisələri həmrəyliyin təbliğ olunmasında, milli-mənəvi və dini dəyərlərin aşılanmasında əvəzsiz rola malikdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

  


Son baxılan xəbərlər

Mətbuat Xidmətinin məlumatı

Press-relizlər
11.05.2018 / 15:07
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
15.08.2019 / 14:54
Ətraflı oxu

Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2017 / 09:57
Ətraflı oxu

Dövlət Komitəsinin sədri : “Səs” qəzeti Yeni Azərbaycan Partiyasının ideoloji-siyasi kursunun təbliğində mühüm rol ...

Açıqlama
11.01.2019 / 09:40
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Zaqatalada və Şəkidə şəhid ailələri və müharibə veteranları üçün iftar ...

Press-relizlər
04.06.2018 / 11:45
Ətraflı oxu