(2)(1).jpg&w=1200)
Press-relizlər / 16.01.2018 / 17:16
Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Siyəzən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Siyəzən rayonu Yenikənd kəndində “Vətən sevgisi imandandır” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Siyəzən RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Aqil Abdulov, Siyəzən rayonu Yenikənd kənd tam orta məktəbinin direktoru Mirabutalıb Hüseynov, məktəblilər, müəllimlər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy çıxışında bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızdan, eyni zamanda, cihad adı altında Suriya və İraqda qanunsuz silahlı birləşmələrin tərkibində vuruşaraq həlak olmuş həmvətənlərimizin və onların valideynlərinin acı talelərindən bəhs edir.
Siyəzən rayonu Yenikənd kənd tam orta məktəbinin direktoru Mirabutalıb Hüseynov tədbirdə çıxış edərək qeyd edib ki, “Şəhadət” kimi sənədli filmlərin nümayiş etdirilməsi yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissini daha da gücləndirir.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn “Şəhadət” sənədli filmi nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.