“Milli -mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.

Press-relizlər / 26.12.2014 / 15:03

Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin birinci müavini Qurban Nəzərov ölkəmizdə milli mənəvi, İslami dəyərlərin qorunması istiqamətində görülən işlərin mühüm əhəmiyyət daşıdığını söyləyib. O, Azərbaycanda dəmir yolları sistemində aparılan və nəzərdə tutulan işlər barədə də məlumat verib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bir çox sahələrlə yanaşı, milli mənəvi dəyərlərin qorunması sahəsində də yüksəlişə geniş imkanlar açdığını söyləyib. Bildirilib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan İslami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq.
Qeyd edilib ki, Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də fəaliyyət göstərir və onlara heç bir maneə yoxdur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit olunub. Ölkəmizdə heç kim heç vaxt dini baxışına, inancına görə təqib olunmayıb və sıxışdırılmayıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir.
Komitə sədri deyib: “İnsanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər. Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər”.
M.Qurbanlı bildirib ki, Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyiblər. Lakin bizim dinimizə və mədəniyyətimizə kənardan müdaxilələr var. Kənar ideya, kənar adətlərin cəmiyyətə nüfuz etməsi isə onun məhvinə gətirib çıxara bilər. Bizim milli adət-ənənələrə müdaxilələr çox istiqamətlərdən gəlir. Onların arasında din amili də var. Biz milli mənəvi dəyərlərimizin zədələnməsinə imkan verməməliyik.
Diqqətə çatdırılıb ki, İslami dəyərlərimizə, onun nüvəsinə müdaxilə etmək istəyənlərə adətən radikal İslami qruplar deyilir. Hansı ad verilməsindən asılı olmayaraq, bu qrupların İslama heç bir dəxli yoxdur. Onlar İslamı içəridən dağıtmağa, bu dini zəiflətməyə, gözdən salmağa yönəlmiş qruplardır. Bu qruplar həm sivilizasiyalararası mübarizənin, həm beynəlxalq iqtisadi güc mərkəzləri arasındakı mübarizənin, həm də müəyyən mənada dinlərarası mübarizənin törəmələridir. Çox təəssüf ki, o qrupların içərisində nadanlıqdan onlara qoşulan insanlar da var. Milli mənəvi dəyərlərə xələl gətirmək istəyən bu cür qruplara qarşı ciddi mübarizə aparılmalıdır.
 

Son baxılan xəbərlər

Göygöldə “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib

Press-relizlər
09.12.2016 / 15:07
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
19.06.2017 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsinin şöbə müdiri: “ABŞ-ın Beynəlxalq Din Azadlığı üzrə Komissiyası tarixi faktları saxtalaşdırıb”

Açıqlama
06.05.2016 / 18:55
Ətraflı oxu

Ağdamda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.05.2018 / 15:15
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Press-relizlər
03.10.2018 / 17:06
Ətraflı oxu

Mingəçevirdə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
01.06.2018 / 15:47
Ətraflı oxu