Azərbaycandakı dövlət-din münasibətləri nümunəvidir

Press-relizlər / 11.01.2018 / 16:24

Yanvarın 11-də Astara rayon Şahağacı kənd Mədəniyyət evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayon Şahağacı kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, Şahağacı kənd Mədəniyyət evinin direktoru Sevda Xudaverdiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı T.Həsənzadə çıxışında ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və məzhəblərarası dialoqun yüksək səviyyədə olduğunu bildirib. Natiq İslam həmrəyliyinin məzhəb ayrı-seçkiliyinə qarşı mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şahağacı kənd Mədəniyyət evinin direktoru S.Xudaverdiyeva çıxışında  ölkə rəhbərliyinin dini sahəyə qayğısından danışaraq, Azərbaycandakı dövlət-din münasibətlərinin nümunəvi olduğunu vurğulayıb.
Şahağacı kənd məscidi dini icmasının sədri N.Əsədov və digərləri çıxışlarında  keçirilən maarifləndimə tədbirlərinin gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində, vətənpərvər vətəndaş kimi formalaşmasında mühüm rolunun olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib. 


Son baxılan xəbərlər

Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir

Press-relizlər
19.04.2018 / 16:56
Ətraflı oxu

Cəlilabadda “Dini radikalizmə qarşı mübarizədə qadınların yeri və rolu” adlı ikigünlük regional konfrans öz ...

Press-relizlər
29.06.2018 / 15:31
Ətraflı oxu

Zaqatalada "Milli-mənəvi dəyərlərimizlə keçmişdən bu günə və gələcəyə gedən uğurlu yol” adlı tədbir keçirilib

Press-relizlər
15.01.2019 / 15:30
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
30.09.2019 / 16:28
Ətraflı oxu

Salyanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Xəbərlər
08.11.2019 / 09:50
Ətraflı oxu

Qobustanda “Aprel şəhidləri tariximizin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 15:38
Ətraflı oxu