Masallıda “İslamda Vətən sevgisi” mövzusu müzakirə edilib

Press-relizlər / 10.01.2018 / 15:16

Yanvarın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Masallı rayonu Boradigah qəsəbəsi “Həzrəti Əli” məscidi dini icmasının həyata keçirdiyi “Azərbaycanda İslam həmrəyliyi: dünən və bu gün” adlı layihə çərçivəsində “İslamda Vətən sevgisi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Babaser kənd ümumi orta məktəbində keçirilən tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları Kamil Bağırov və Ayıq Səmədov, dini icmanın sədri Zakir Abdullayev, müəllimlər və yuxarı sinif şagirdləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin Həmkarlar təşkilatının sədri Salman Həsənov qeyd edib ki, Vətən sevgisi ailədən və məktəbdən başlayır. Yaşadığımız torpaq bizim cismimizin mayasıdır.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov bildirib ki, Vətən sözü təkcə coğrafi anlayış kimi qəbul edilməməlidir.Vətən dedikdə, eyni zamanda, mənəvi dəyərlər, şərəf və ləyaqət anlaşılmalıdır. Eləcə də torpaqlarımız uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladlarına da məhəbbət Vətən sevgisidir. Dinimizdə də vətən sevgisinə böyük önəm verilir.
Daha sonra icma sədri Zakir Abdullayev və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib. 

Son baxılan xəbərlər

Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

Multikulturalizm
10.01.2017 / 09:32
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
19.02.2018 / 14:05
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Ağdaşda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
05.11.2019 / 14:03
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.03.2019 / 15:13
Ətraflı oxu

Zərdabda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfrans keçirilib

Xəbərlər
27.11.2019 / 17:28
Ətraflı oxu