DQİDK yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb

Xəbərlər / 10.01.2018 / 10:45

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və onların qeydiyyatı başa çatıb. Qeyd edək ki, İctimai Şura üzvlüyünə aşağıda göstərilən şəxslərin namizədlikləri qeydiyyata alınıb:
1.Tələt Yusif oğlu Qəribov – “Sağlam Yaşa Gənclərin maarifləndirilməsi” İctimai Birliyinin sədr müavini;
2.Əkrəm Bəhram oğlu Həsənov – M.Füzuli adına Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru;
3.Əli İttifaq oğlu Rzayev– Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində müəllim;
4.Nailə İsgəndər qızı İsmayılova – Yeni Həyat Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri;
5.Nağı Alətdin oğlu Bədəlzadə – vətəndaş;
6.Nəriman Qasım oğlu Qasımzadə – Din və Demokratiya Mərkəzi İctimai Birliyinin sədri;
7.Əliməmməd Mali oğlu Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri;
8.Solmaz Baba qızı Əmirova – “Aydınlığa Doğru” İctimai Birliyinin sədri;
9.Sevinc Yadulla qızı Əzimbəyli – Yeni Üfüq İctimai Birliyinin sədri;
10.Rəna Rza qızı Mirzəzadə – Gender və İnsan Hüquqi Araşdırmalar Birliyinin sədri;
11.Asim Nazim oğlu Vəliyev – Gənclərin Töhfəsi İctimai Birliyinin sədri;
12.Nigar Kamil qızı Abdullayeva – “Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin sədri;
13.Hüseyn Qasım oğlu İbrahimov – Sosial-Mədəni Dəyişikliklərin Öyrənilməsi İctimai Birliyinin sədri;
14.Fəxrəddin Nazim oğlu Həsənzadə – Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri.
DQİDK yanında İctimai Şuraya seçkilər isə yanvar ayının 29-da saat 11:00-da Dövlət Komitəsinin inzibati binasında keçiriləcək.
Məlumat üçün bildirək ki, təmsilçilərinin səsvermədə iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına müraciət edə bilərlər.

Ünvan:  Bakı şəhəri, Əhməd Cavad küçəsi 12, AZ 1001.
Telefon: (+99412) 437-31-15
E-mail: press@scwra.gov.az
 

Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə ...

Xəbərlər
28.01.2021 / 17:10
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Tovuzda keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
05.10.2018 / 16:01
Ətraflı oxu

“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans panel iclaslarla davam edib

Press-relizlər
26.04.2019 / 18:09
Ətraflı oxu

Bakıda “Dünyəvi dövlətdə din və təhsil: mövcud vəziyyət və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
24.10.2019 / 15:40
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edir

Press-relizlər
19.03.2018 / 12:22
Ətraflı oxu