“Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb

Press-relizlər / 10.01.2018 / 09:33

“Əl-Cəzirə” telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yayılıb.
Müəllifi hazırda bu nüfuzlu media orqanında çalışan azərbaycanlı jurnalist Aysəba Umudlu olan məqalədə Azərbaycandakı dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs edilir.
Məqalədə dünyəvi respublika olan Azərbaycanda əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi diqqətə çatdırılır. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də azadlığın təmin edildiyi, ölkə Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və s. asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır.
Azərbaycanda milli mənəvi dəyərlərə, dinə dövlət qayğısı barədə söhbət açan müəllif sovet dövründə ölkəmizdə cəmi 18 məscidin olduğunu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyini qeyd edir.

Son baxılan xəbərlər

“Gənclər və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
01.02.2018 / 15:54
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlər bizim sərvətimizdir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.09.2018 / 12:18
Ətraflı oxu

Biz – Azərbaycan yəhudiləri azərbaycanlı qardaşlarımızla birlikdə Vətənimizi müdafiə edəcəyik!

Xəbərlər
06.10.2020 / 10:15
Ətraflı oxu

İsmayıllıda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
24.04.2018 / 17:57
Ətraflı oxu

Sabunçu rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
09.06.2018 / 10:32
Ətraflı oxu