Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə tədbir keçirilib

Press-relizlər / 09.01.2018 / 15:36

Yanvarın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Kürdəmir şəhər “İmam Rza” məscidi dini icması tərəfindən “İslam həmrəylik və birliyə çağırış dinidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Fizuli Cəfərov, Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, məktəbin direktoru Elmira Süleymanova,  müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
 Kürdəmir RİH başçısı Aparatının nümayəndəsi Elxan Qafarov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi digər İslam ölkələri üçün bir örnəkdir. O vurğulayıb ki, dövlət başçımızın bu təşəbbüsü müsəlman dünyasında mövcud olan problemlərin köklü şəkildə həlli və İslam coğrafiyasında mövcud konfliktlərin dialoq vasitəsilə həllinə yönəlib. Buna görə Azərbaycan Prezidentinin bu təşəbbüsü və qərarı İslam dünyasında böyük əks-səda doğurmaqla ciddi şəkildə müdafiə edilir.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev diqqətə çatdırıb ki, tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Ə. Rəfiyev qeyd edib ki, biz İslam mədəniyyətinin və əxlaqının gələcək nəsillərə daha da yaxşı aşılanması üçün əlimizdən gələni etməli və onları həmrəylik hissləri ilə böyütməliyik.
Kürdəmir şəhər “İmam Rza” məscidi dini icmasının sədri Füzuli Cəfərov, DTX-nın Kürdəmir rayon idarəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov və başqaları çıxışlarında milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin  effektiv təsir göstərdiyini diqqətə çatdırıblar. Çıxış edən natiqlər İslam dininin Allaha ibadətlə yanaşı, ailədə və cəmiyyətdə insanlararası münasibətləri tənzimləyən, insanları faydalı işlər görməyə sövq edən, sülh və əmin-amanlıq içərisində birgəyaşayışa səsləyən əxlaqi qaydalar sistemi olduğunu vurğulayıblar.
Mövzu ilə bağlı tədbirin yekununda diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.  


Son baxılan xəbərlər

Biləsuvarda gənclərin zərərli vərdişlərdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər
09.10.2019 / 14:02
Ətraflı oxu

Arye Qut: “Azərbaycan əsl sivilizasiyalararası, konfessiyalararası və mədəniyyətlərarası dialoq nümunəsidir”

Multikulturalizm
11.05.2017 / 09:16
Ətraflı oxu

Ağstafada “İnsan Hüquqları Aylığı” çərçivəsində seminar keçirilib

Press-relizlər
05.06.2018 / 18:02
Ətraflı oxu

“Dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda müzakirələr aparılıb

Xəbərlər
13.10.2018 / 10:17
Ətraflı oxu

Səyavuş Heydərov: Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir

Müsahibələr
03.05.2018 / 10:59
Ətraflı oxu

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.07.2018 / 17:06
Ətraflı oxu