Cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər / 15.12.2017 / 11:46

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı Tədbirlər Planına əsasən məhkumların dini maarifləndirilməsi məqsədilə cəzaçəkmə müəssisələrində dini maarifləndirmə tədbirləri davam etdirilir.
Növbəti maarifləndirmə tədbirləri dekabrın 14-də Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatanlar üçün tərbiyə müəssisəsində keçirilib.
“İslamda uşaq tərbiyəsi” və “Dini ekstremizm” mövzusunda keçirilən tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Zeynəb Tayıbova, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi, fəlsəfə doktoru Yeganə Mirzəyeva, Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini vəzifəsini icra edən mayor Sevda Zamanova və idarənin inspektoru ədliyyə mayoru Mübariz Vəliyev iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zeynəb Tayıbova və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin aparıcı elmi işçisi Yeganə Mirzəyeva “İslamda uşaq tərbiyəsi” mövzusunda məruzə ediblər. Qurani-Kərimin ayələri və hədislər əsasında İslamda ailənin əhəmiyyəti, uşaq tərbiyəsində dinin tövsiyə etdiyi metodlar, valideyn-övlad münasibətlərindən bəhs ediblər.
“Dini ekstremizm” mövzusunda aparılan müzakirədə dini ekstremizmin səbəbi olan cahilliyin qarşısının alınması üçün dini maarifləndimənin əhəmiyyəti qeyd edilib, vətəndaşlara İslam dininin düzgün çatdırılmasının vacibliyi vurğulanıb.
Tədbirin sonunda mövzu ilə əlaqədar məhkumların sualları cavablandırılıb.
  


Son baxılan xəbərlər

Cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
07.12.2018 / 10:59
Ətraflı oxu

“Zəfər bizimdir!” adlı onlayn tədbir keçirilib

Xəbərlər
15.12.2020 / 16:00
Ətraflı oxu

“Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.11.2019 / 14:48
Ətraflı oxu

Beyləqanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq başlayıb

Press-relizlər
12.06.2018 / 17:44
Ətraflı oxu

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azxeber.com saytına müsahibə verib

Müsahibələr
14.01.2015 / 17:20
Ətraflı oxu

“Dini mərasimlər, ənənəvilik və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.08.2019 / 14:40
Ətraflı oxu