Mübariz Qurbanlı: Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur

Açıqlama / 18.12.2014 / 16:04

Bu gün dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti mövzusu çox aktualdır. Bu, Azərbaycan qanunverciliyi ilə tənzimlənir. Azərbaycanda dinlərarası məsələlərdə heç bir problem yoxdur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu fikirləri Bakıda keçirilən “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfransda səsləndirib.
M.Qurbanlı deyib ki, Azərbaycanda dövlət-din münasibətlərinə çox diqqət yetirilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir. Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var.
Komitə sədri bildirib ki, bu gün ayrı-ayrı ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunması halları müşahidə edilir. Bəzi dairələr din prədəsi altında çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Bu dairələr bütün ölkələrdə var. Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, həmin əməllərin çoxsaylı insanları fəlakətə aparmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedir və çox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır. 

Son baxılan xəbərlər

Mübariz Qurbanlı: “Azərbaycanda nurçulara, FETÖ-çülərə məxsus məscid olmayıb”

Müsahibələr
08.09.2016 / 17:17
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınırıq”

Xəbərlər
09.02.2018 / 09:29
Ətraflı oxu

Zaqatalada “Narkomaniyaya qarşı mübarizədə din amili” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
16.03.2018 / 10:01
Ətraflı oxu

“The Jewish Press”: Azərbaycan yəhudi-müsəlman münasibətlərinin müsbət nümunəsidir

Multikulturalizm
10.10.2016 / 12:26
Ətraflı oxu

Xırdalan şəhərində “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
12.10.2018 / 15:54
Ətraflı oxu

Dövlət Komitəsinin dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər toplusu nəşr olunub

Xəbərlər
29.07.2015 / 17:20
Ətraflı oxu