Masallıda “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda tədbir keçirilib

Press-relizlər / 13.12.2017 / 17:03

Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə  “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda Masallı rayonu Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, Masallı RİH başçısının Hişkədərə kənd inzibati ərazisi dairəsi üzrə nümayəndəsi Qumriyyə Cəfərova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova bildirib ki, müasir Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşması və tətbiqi müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. O, İslam həmrəyliyinin müsəlman dünyası üçün əhəmiyyətindən də danışıb.
“İslam həmrəyliyi radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda məruzə ilə çıxış edən edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi zamanın çağırışlarına cavab verən, müsəlman dövlətləri arasında iqtisadi, siyasi, mədəni sahələrdə əməkdaşlığın inkişafına dəstək verən düşünülmüş təşəbbüsdür. İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali tərənnümüdür.       
Tədbirdə dini icma sədri Söhrab Ağayev və başqalarının mövzu ilə bağlı çıxışları dinlənilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2017 / 09:57
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ kanalına müsahibə verib

Press-relizlər
24.10.2018 / 15:54
Ətraflı oxu

Bakıda “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Press-relizlər
05.03.2019 / 17:45
Ətraflı oxu

Qubada keçirilən mədəniyyət festivalında ahıska türklərinin adət-ənənələri nümayiş etdirilib

Multikulturalizm
14.11.2016 / 16:24
Ətraflı oxu

Oğuzda maarifləndirici tədbir keçirilib

Xəbərlər
19.02.2020 / 14:29
Ətraflı oxu

Gündüz İsmayılov: “Düzgün maarifləndirmə nəticəsində xurafatın kökün kəsmək mümkündür”

Press-relizlər
29.10.2019 / 16:01
Ətraflı oxu