“Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər / 12.12.2017 / 14:50

Dekabrın 12-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xəzər rayonu Mərdəkan qəsəbəsi 183 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Heydər Əliyev irsi və milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Rəhilə Abbasova, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru R.Abbasova Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından əvvəl ölkəmizin üzləşdiyi acınacaqlı vəziyyətdən və onun gəlişindən sonra üzərinə götürdüyü xilaskar missiyasının öhdəsindən böyük məharətlə gəlməsindən söz açıb. Qeyd olunub ki, hələ Sovetlər Birliyi dönəmində milli-mənəvi dəyərlərə sadiq olan Ümummilli Lider müstəqil Azərbaycan Respublikasının rəhbəri olduqdan sonra da milli-mənəvi dəyərlərimizin inkişafı, dini və milli bayramlarımızın, dini-tarixi abidələrimizin bərpası üçün bütün səylərini səfərbər edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Q.Sultanova qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mədəni həyatında əsaslı yüksəlişə səbəb olub. Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli-mənəvi dəyərlərin inkişafı konsepsiyası onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə həyata keçirilir. Məhz bu siyasət sayəsində ölkəmiz istər milli, istərsə də dini baxımdan bütün dünyada tolerantlıq modeli kimi tanınır.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov qeyd edib ki, Heydər Əliyevin düşünülmüş, uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan dünya miqyasında millətlərararası və dinlərarası dözümlülük, tolerantlıq nümunəsinə çevrilib. Azərbaycan üç böyük dinə məxsus məbədlərin bir arada olduğu və hər üç din mənsublarının öz dini ayinlərini və ibadətlərini sərbəst şəkildə yerinə yetirdiyi nadir ölkələrdəndir. Heydər Əliyev dini dəyərlərlə dünyəvi dəyərlərin uzlaşmasından və uyuşmasından ibarət ideologiya yaradan böyük şəxsiyyətdir.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin direktoru R.Abbasova maarifləndirmə sahəsində həyata keçirilən belə silsilə tədbirlərin əhəmiyyətini vurğulayaraq məruzəçilərə məktəbin kollektivi adından təşəkkür edib. 


Son baxılan xəbərlər

Səyavuş Heydərov: "Dini təhlükəsizlik milli təhlükəsizliyin təminatında başlıca yer tutur"

Press-relizlər
16.10.2018 / 17:57
Ətraflı oxu

Qusar rayonunda “Hər bir uşağın qayğısına qalaq” devizi ilə uşaq hüquqları aylığı münasibətilə tədbir ...

Press-relizlər
28.10.2016 / 17:46
Ətraflı oxu

Milix Yevdayevin ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsi haqqında məqaləsi dərc edilib

Xəbərlər
04.02.2019 / 12:17
Ətraflı oxu

Göyçayda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
28.02.2019 / 15:20
Ətraflı oxu

Şamaxıda soyqırımı qurbanlarının xatirəsi anılıb

Press-relizlər
30.03.2019 / 09:34
Ətraflı oxu

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu