Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər / 08.12.2017 / 14:11

Dekabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə rayonun Girdəni kəndində “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin əməkdaşı Vüqar İmamquliyev, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, eləcə də ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov keçirilən maarifləndirmə tədbirinin məqsədindən danışıb. Bildirib ki, seminar-treninq dini radikalizmə qarşı mübarizədə gənclərin maarifləndirilməsi məqsədini daşıyır. Şöbə müdiri, həmçinin Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi haqqında da danışıb. Qeyd edib ki, sənədli film Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızdan, eləcə də dini radikalizmin qurbanı olmuş və qanunsuz silahlı qruplaşmalar tərkibində digər ölkələrdə döyüşüb həlak olmuş insanlardan bəhs edir.
Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirib. Qeyd edib ki, bu, ölkəmizin milli-mənəvi, dini dəyərlərə, eləcə də İslam aləminə verdiyi dəyərin göstəricisidir.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dinin siyasiləşdirilməsinin yolverilməz olduğunu bildirib. Qeyd edib ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dini insanları qarşıdurmaya, münaqişəyə deyil, insanpərvərliyə, sülhə, xoş rəftara çağırır. O, bununla bağlı İslamın ana qaynağı olan Qurani-Kərim ayələrindən, eləcə də Həzrət Məhəmməd peyğəmbərin hədislərindən misallar gətirib. Dini radikalizm və dini radikal qrupların fəaliyyətindən də danışan şöbə müdiri dini radikal qrupların məzhəb ayrı-seçkiliyi etdiyini və internet üzərindən təbliğat apararaq gəncləri özlərinə cəlb etmək istədiklərini söyləyib. O, dini radikalizmə qarşı mübarizədə elm və təhsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə, eyni zamanda, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı  vətəndaşları, xüsusilə dindar kontingenti "Elektron hökumət" portalının imkanları və istifadəsi ilə bağlı məlumatlandırılıb. 
Vətəndaşlara "Elektron hökumət"in üstünlükləri, əhəmiyyəti barədə informasiya verilib. Həmçinin, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi elektron xidmətlər haqqında da danışılıb. Eyni zamanda, tədbir iştirakçılarına mövzunu özündə əks etdirən broşürlər paylanılıb.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi tədbir iştirakçılarına nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
22.11.2017 / 14:20
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrə həsr ...

Press-relizlər
27.01.2017 / 17:00
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

Press-relizlər
24.09.2019 / 14:50
Ətraflı oxu

Saatlıda “Milli-mənəvi və ailə dəyərlərimizin təbliği” mövzusunda tədbir keçirilib

Press-relizlər
22.01.2020 / 14:12
Ətraflı oxu

Şəkidə "Zərərli vərdişlərdən uzaq gənclik" mövzusu müzakirə olunub

Press-relizlər
22.02.2017 / 14:34
Ətraflı oxu

Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib

Açıqlama
27.11.2014 / 11:19
Ətraflı oxu