“Şəhadət” sənədli filmi məktəblilərə nümayiş etdirilib

Press-relizlər / 05.12.2017 / 14:39

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşəbbüsü ilə Şəki şəhər 5 saylı tam orta məktəbində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filminin nümayişi olub.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki şəhər 5 saylı tam orta məktəbin müəllim  və şagirdləri  iştirak ediblər.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev bildirib ki, son zamanlar dünyada dini radikalizm, dini ekstremizm kimi mənfi meyillər ortaya çıxıb. Radikal dini təriqətlərin təsiri altına düşən bir qrup insan ailələrini, doğma torpağını ataraq  sonu olmayan amal uğrunda silahlı münaqişələrə qoşulur və əksəriyyəti də məhv olurlar. Son bir neçə ildə dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparıldığını deyən şöbə müdiri bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filminin böyük əhəmiyyətə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub.


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidmətinin məlumatı

Açıqlama
07.12.2016 / 19:19
Ətraflı oxu

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
14.12.2017 / 16:00
Ətraflı oxu

Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisidir

Press-relizlər
17.09.2018 / 16:33
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

Press-relizlər
24.05.2019 / 09:31
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.09.2018 / 16:38
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu