Qaradağda “Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 27.11.2017 / 16:50

Noyabrın 27-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Etibar Şirəliyev adına 274 saylı tam orta məktəbdə növbəti tədbir keçirilib.
“Milli-mənəvi dəyərlərimizin təbliğində gənclərin rolu” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov, məktəbin direktoru Atakişi Cəfərov, məktəbin pedaqoji kollektivi, eyni zamanda, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A.Cəfərov maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev mövzu ilə əlaqədar geniş məruzə ilə çıxış edib. Radikal qrupların hər zaman dünyadakı sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olduğunu qeyd edən natiq, ekstremizmlə mübarizədə təhsil və maarifləndirmənin əhəmiyyətini vurğulayıb. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin, eləcə də onların vətənpərvərlik ruhunda tərbiyə almasının vacibliyi xüsusi olaraq qeyd edilib.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Q.Sultanova qeyd edib ki, hər bir azərbaycanlı öz Vətənini sevməli və milli kimliyinə sahib çıxmalıdır.
Müşfiqabad qəsəbə məscidi dini icmasının sədri İlşad Süleymanov “Şəhadət” sənədli filminin əsl qəhrəmanlıq nümunəsi və gənc nəslin vətənpərvər ruhda yetişməsinə böyük töhfə olduğunu qeyd edib.                                                                                     
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.                              
Qeyd edək ki, tədbir “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib. 


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Xəbərlər
18.11.2017 / 14:04
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Masallıda vətəndaşları qəbul edib

Arxiv
30.09.2017 / 16:30
Ətraflı oxu

“Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbir təşkil olunub

Press-relizlər
31.10.2017 / 16:50
Ətraflı oxu

Milli-mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq

Press-relizlər
11.09.2018 / 11:54
Ətraflı oxu

Regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər
23.01.2019 / 12:21
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu