Maştağada "Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 24.11.2017 / 14:00

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Maştağa qəsəbəsindəki 255 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, məktəbin direktoru, müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Məlahət Məmmədova mövzunun əhəmiyyətindən danışıb.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov çıxışında bildirib ki, Prezident İlham Əliyevin İslam həmrəyliyi çağırışı dövlətimizin qlobal humanizmə töhfəsi kimi dəyərləndirilməlidir. Natiq bildirib ki, Azərbaycanda heç zaman millətlərarası, dinlərarası və məzhəblərarası münaqişələr baş verməyib. Bütün məzhəblərin nümayəndələri ölkəmizdə tarixən dinc və sülh şəraitində yaşayıblar və bu gün də bu ənənə davam etməkdədir. DQİDK-nın şöbə müdiri onu da vurğulayıb ki, respublikamızda tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb.
Yaxın Şərqdə gedən proseslərə də nəzər salan natiq qeyd edib ki, bu, İslamı gözdən salmaq istəyən qüvvələrin məkirli siyasətinin nəticəsidir. Ə. Zülfüqarovun sözlərinə görə, dünyada müsəlmanların sayının artması bəzi qüvvələri narahat edir ki, həmin dairələr müsəlman dövlətlərində təfriqə yaratmaq istəyirlər. İslamın məqsədli şəkildə terror dini kimi təbliğ edilməsi islamofobiya hallarının artması ilə nəticələnib.
Müsəlmanlar arasında vəhdətə və həmrəyliyə nail olmağın yolları haqqında danışan şöbə müdiri bunun üçün məlumatlılıq, ifrat məzhəb təəssübkeşliyindən uzaq və səmimi olmasının vacilbliyini bildirib.
Ölkəmizdə dini radikalizmlə mübarizə sahəsində həyata keçirilən işlər barədə də məlumat verən DQİDK-nın şöbə müdiri bu istiqamətdə effektivliyin artırılması məqsədi ilə silsilə maarifləndirici tədbirlərin həyata keçirildiyini, eyni zamanda Dövlət Komitəsinin sifarişi ilə “Fitnə”, “Şəhadət” adlı sənədli filmlərin çəkildiyini vurğulayıb.
Ə. Zülfüqarov sonda gənclərə radikal dini təsirlərə düşməmək və zərərli dini cərəyanlara qoşulmamaq üçün daha diqqətli olmağı, həmçinin dünyəvi təhsil almağı tövsiyə edib.
Tədbirdə, həmçinin Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov və Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov çıxış edərək dövlət başçısının ölkəmizdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilən tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, müsəlman aləmində baş verən proseslər İslam həmrəyliyini zəruri edir və bu həmrəylik dinlərarası dialoq üçün gözəl imkan kimi dəyərləndirilməlidir.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
  


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
13.03.2019 / 16:33
Ətraflı oxu

Mübariz Qurbanlı: “Radikal qüvvələr din adı altında İslam dininə zərbə vurmağa çalışırlar”

Xəbərlər
11.02.2020 / 15:10
Ətraflı oxu

“France 2” telekanalında “Azərbaycan - sivilizasiyaların kəsişməsində” sənədli filmi yayımlanıb

Xəbərlər
27.02.2020 / 09:12
Ətraflı oxu

Mübariz Qurbanlı: "Din adından istifadə edən radikal qruplar İslama böyük ziyan vururlar"

Müsahibələr
11.01.2019 / 17:39
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Saatlıda Uşaq hüquqları aylığı çərçivəsində tədbir keçirilib

Press-relizlər
07.11.2016 / 17:14
Ətraflı oxu