“İslamda Vətən sevgisi və milli özünüdərk” mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.11.2017 / 17:39

Noyabrın 22-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Suraxanı rayonu Hövsan qəsəbəsi 270 saylı tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“İslamda Vətən sevgisi və milli özünüdərk” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Nuriyeva və Hatəm Gülməmmədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova, məktəbin direktoru Əli İsgəndərov, məktəbin pedaqoji kollektivi, eyni zamanda, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ə.İsgəndərov vətənpərvərlik və həmrəyliyin əhəmiyyətindən danışıb. O bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Q.Sultanova qeyd edib ki, insanın doğulub boya-başa çatdığı Vətən onun kimliyinin ayrılmaz parçasıdır. Onu qorumaq milli-mənəvi borcumuzdur və yaşadığımız Vətən torpaqları qəhrəman əcdadlarımızın, Vətən uğrunda şəhid və qazi olan igidlərimizin bizə əmanətidir.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Hatəm Gülməmmədov Vətənə, doğma torpağa sevginin imanın təzahürü olduğunu vurğulayıb. O, İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə həmişə böyük önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Pərvin Nuriyeva çıxışında bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur. Öz Vətənini sevən hər bir kəs onun uğrunda canından belə keçməyə hazır olmalıdır. Şəhidlik ən yüksək zirvə və vətənpərvərlik hissinin təcəssümüdür.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin direktoru Ə.İsgəndərov maarifləndirmə sahəsində həyata keçirilən belə silsilə tədbirlərin əhəmiyyətini vurğulayaraq məruzəçilərə məktəbin kollektivi adından təşəkkür edib.
 


Son baxılan xəbərlər

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı dini konfessiyalarla birgə Vətən Müharibəsi ilə bağlı bəyanat yayıb

Bəyanat
16.10.2020 / 15:50
Ətraflı oxu

“İslam mədəniyyəti: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
28.03.2019 / 16:00
Ətraflı oxu

Xaçmazda radikalizm və ektremizmə həsr olunmuş onlayn tədbir keçirilib

Xəbərlər
18.06.2021 / 15:41
Ətraflı oxu

Astarada “Zərərli vərdişlər, erkən nikah və onların fəsadları” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.04.2018 / 09:42
Ətraflı oxu

Gəncə hadisələrinin qurbanlarının xatirəsi yad edilib

Press-relizlər
21.10.2020 / 15:59
Ətraflı oxu

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər
04.11.2016 / 15:43
Ətraflı oxu