“Şəhadət” filmi məktəb-liseydə nümayiş etdirilib

Press-relizlər / 22.11.2017 / 16:09

Noyabrın 22-də Xətai Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 264 nömrəli məktəb-liseydə “Şəhadət” filmi nümayiş olunub.
Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, məktəbin direktoru Sevda Qocayeva, müəllim və şagird kollektivi iştirak edib.
Məktəbin direktoru Sevda Qocayeva iştirakçıları tədbirin mahiyyəti və məqsədi barədə məlumatlandırıb. Şagirdlərin vətənə, millətə və dövlətə sadiq, sağlam təfəkkürlü fərd, vətəndaş olaraq formalaşması istiqamətində görülən işlərdən biri kimi məktəblərdə təşkil edilən maarifləndirmə tədbirlərini qeyd edib.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov Dövlət Komitəsinin sifarişi əsasında ərsəyə gəlmiş “Fitnə” və “Şəhadət” sənədli filmlərinin məktəblərdə, elm və təhsil ocaqlarda nümayiş etdirilməsinin gənclərin düzgün maariflənməsi, dini radikalizmin və ekstremizmin zərərlərinin onlara aydın çatdırılması baxımından vacib olduğunu bildirib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev xalqımızın mənəvi dünyasını zənginləşdirən, dövlətçilik tariximizin şanlı səhifələrində iz qoyan, mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın hər birimizin müqəddəs borcu olduğunu ifadə ediblər.
Sonra iştirakçılara “Şəhadət” sənədli filmi nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar ətrafında geniş müzakirə aparılıb.


Son baxılan xəbərlər

XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımından 27 il keçir

Xəbərlər
26.02.2019 / 09:54
Ətraflı oxu

Zərdabda 20 Yanvar faciəsinin şəhidləri anılıb

Press-relizlər
19.01.2018 / 17:17
Ətraflı oxu

Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib

Press-relizlər
14.11.2019 / 17:35
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
01.11.2019 / 16:27
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu

Siyəzəndə uşaq hüquqlarına dair tədbir keçirilib

Press-relizlər
11.11.2016 / 09:03
Ətraflı oxu