Qubada “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda ikigünlük seminar keçirilir

Press-relizlər / 17.11.2017 / 16:56

Noyabrın 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Qubada keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin təşkilatlandırılması” mövzusunda seminar işinə başlayıb.
İkigünlük seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, elm və din xadimləri, gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak edirlər.
Seminarı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində Dövlət Komitəsi tərəfindən müxtəlif səpkili tədbirlər, konfranslar, seminar-müşavirələrin həyata keçirildiyini bildirib. Sədr müavini bügünkü seminarın məhz dini radikalizmlə mübarizə çərçivəsində şimal bölgəsinin gənclərinin potensialından daha səmərəli istifadə edilməsinə nail olmaq və fəal iştirakına şərait yaratmaq məqsədilə keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, seminarın iştirakçıları əsasən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu ilə əməkdaşlıq edən şimal bölgəsi üzrə aktiv gənclər və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Siyəzən, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran rayon təşkilatlarının üzvləridirlər. Buna görə də Gündüz İsmayılov seminarın keçirilməsində göstərdikləri dəstəyə görə həm Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna, həm də   Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə təşəkkürünü bildirib. G.İsmayılov din pərdəsi altında gizlənmiş məkrli qüvvələrin məqsədi, fəaliyyəti, iş metodları, real təhlükəsi barədə cəmiyyətin, xüsusilə gənclərin mütəmadi məlumatlandırılmasının önəmini qeyd edib. O, bu məqsədlə gənclər arasında dini maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür. Sədr müavini bu baxımdan əhəmiyyət kəsb edən seminar çərçivəsində gənclərə mövcud dini durum, ölkəmizdə məhz gənclərə yönəlik dini təriqətlərin, qrupların fəaliyyətinin mahiyyəti barədə mümkün informasiyaların veriləcəyini qeyd edib.
Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun “İslam həmrəyliyinin dini ekstremizm və radikalizmlə mübarizədə rolu”, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinovun “Dini radikalizmin yaranmasında məzhəb təəssübkeşliyi amili” mövzusunda məruzələri dinlənilib.
Çıxışçılar məruzələrində gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasının qarşısının alınması və gənclərin dini dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması haqqında gənclərə ətraflı məlumat veriblər.
Qeyd edək ki, seminarın ikinci günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dini məsələ: ideoloji təhdidlər müstəvisində”, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov isə “Radikallaşma prosesi: nəzəriyyə və təcrübə” mövzusunda məruzələrlə çıxış edəcəklər. Eyni zamanda, DQİDK-nın sifarişi əsasında çəkilmiş və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filminin nümayişi olacaq.
 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyiblər

Xəbərlər
26.11.2019 / 15:48
Ətraflı oxu

Bölgələrdə “Şəhadət” sənədli filminin nümayişi davam etdirilir

Press-relizlər
07.02.2018 / 09:05
Ətraflı oxu

Ağcabədidə “Məhərrəm ayı ilə bağlı tədbirlər mövcud qanunvericiliyə uyğun keçirilməlidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.09.2019 / 10:08
Ətraflı oxu

Sabunçu rayonunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
09.06.2018 / 10:32
Ətraflı oxu

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

Press-relizlər
15.11.2019 / 18:08
Ətraflı oxu