Şəkidə dini radikalizm və onun fəsadları müzakirə olunub

Press-relizlər / 16.11.2017 / 16:15

Noyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq Şəki Penitensiar Müəssisəsində “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov, müəssisənin rəis müavini, ədliyyə mayoru Rəmzi Qafarov və məhkumlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan müəssisənin rəis müavini, ədliyyə mayoru Rəmzi Qafarov dini radikalizmin zərərləri barədə məhkumların məlumatlandırılmasının əhəmiyyətinə toxunaraq bu istiqamətdə görülən tədbirlərin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev dini radikalizmin meydana gətirdiyi fəsadlar haqqında məhkumlara geniş məlumat verib. Bildirilib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Natiq qeyd edib ki, hazırda ölkəmizdə dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər dini radikalizmlə mübarizədə mühüm rol oynayır.
Sonda çıxış edən QMİ-nin Şəki-Oğuz bölgəsi üzrə qazısı Kamran Məmmədov İslam dininin sülhsevər, humanist və həmrəylik ideyaları ilə zəngin olduğunu, terror dini deyil, sülh və birlik dini olduğunu vurğulayıb.
Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.   


Son baxılan xəbərlər

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi ...

Xəbərlər
21.06.2016 / 16:28
Ətraflı oxu

Qobustan qəsəbəsində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
04.02.2017 / 11:15
Ətraflı oxu

Lənkəranda dini radikalizmə qarşı mübarizə məsələsi müzakirə olunub

Press-relizlər
27.09.2017 / 15:09
Ətraflı oxu

Zərdabda “Dini radikalizm, erkən nikah və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
28.10.2017 / 10:29
Ətraflı oxu

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu