Saatlıda “Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir” mövzusunda maarifləndirici tədbir olub

Press-relizlər / 15.11.2017 / 16:51

Noyabrın 15-də Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində “Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Saatlı rayonu Qarayevkənd kənd məscididini icmasının sədri İsmayıl Calalov, Qarayevkənd tam orta məktəbin yuxarı sinif şagirdləri və müəllimləri, dini icmanın üzvləri, dindarlar və  kənd ağsaqqalları iştirak ediblər.
Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri  İsmayıl Calalov ölkəmizdə hökm sürən tolerant, multikultural və həmrəylik münasibətlərinin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın Azərbaycanda həyat tərzinə çevrildiyini bildirdi. Dini icma sədri İslam dininin doğru əsaslarla təbliğ və təqdim olunmasının vacibliyini qeyd edib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov tolerantlığın xalqımız tərəfindən əsrlər boyu yaşadılan milli dəyər olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə tolerantlığın yüksək səviyyədə təmin olunduğunu vurğulayıb, Azərbaycanda yaşayan azsaylı xalqlara, eləcə də İslam və digər dinlərə etiqad edənlərə yaradılan şərait haqqında ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədə qurulub, dinlərarası ünsiyyət təmin edilib, Azərbaycan tolerant ölkə kimi bütün dünyaya nümunəyə çevrilib.
Sonda tədbir iştirakçılarını maraqlanıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Tərtər rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
08.11.2018 / 14:58
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Gündüz İsmayılov: “Düzgün maarifləndirmə nəticəsində xurafatın kökün kəsmək mümkündür”

Press-relizlər
29.10.2019 / 16:01
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu

Qaxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
23.07.2018 / 17:30
Ətraflı oxu

Xalqa xidmət böyük şərəfdir!

Xəbərlər
22.06.2020 / 13:04
Ətraflı oxu