Mehriban Əliyeva: “Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh şəraitində yaşayıblar”

Multikulturalizm / 15.11.2017 / 18:00

“Əsrlər boyu Azərbaycanda müxtəlif etnik qruplar və dinlər sülh, harmoniya və qarşılıqlı hörmət şəraitində birgə yaşayıblar”. Bu fikirləri Parisdə Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə təşkil olunan qəbulda çıxışı zamanı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib. Onun sözlərinə görə, etnik və dini müxtəliflik və multikulturalizm sadəcə dövlət siyasətimiz deyil, eyni zamanda, bizim həyat tərzimizdir. “Bu, bizim tariximizdir və günümüzün reallığıdır. Biz dünyəvi, multikultural və çoxkonfessiyalı cəmiyyətik və bundan qürur duyuruq”.
Birinci vitse-prezident qeyd edib ki, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzlərindən biri hesab olunur. Biz hazırda dünyanın üzləşdiyi bir çox ciddi problemlərin daha səmərəli həll olunmasına imkan verəcək müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan insanlar arasında daha yaxşı anlaşmanı təşviq etmək üçün beynəlxalq platforma yaradırıq. “Tariximiz və bugünkü reallıq bunun mümkünlüyünü sübut edir. Mən Azərbaycanın təşəbbüsü ilə başlanan və BMT, YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı və İSESKO kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən Dünya Mədəniyyətlərarası Dialoq Forumunu misal göstərə bilərəm. Bu siyasətə uyğun olaraq, biz 2016-cı ili Azərbaycanda “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etdik. 2015-ci ildə keçirilən birinci Avropa Oyunları və bu ilin əvvəlində təşkil olunan dördüncü İslam Həmrəyliyi Oyunları Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi digər töhfədir”-deyə, Mehriban Əliyeva vurğulayıb.
 
    

Son baxılan xəbərlər

Ağcabədidə radikal dini təriqətlərə qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilib

Press-relizlər
30.05.2017 / 17:28
Ətraflı oxu

20 Yanvar faciəsinə həsr edilən onlayn formatda tədbir keçirilib

Xəbərlər
19.01.2021 / 17:31
Ətraflı oxu

Füzuli rayonunda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
03.03.2018 / 13:30
Ətraflı oxu

Yevlaxdakı “N” saylı hərbi hissədə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.12.2018 / 18:13
Ətraflı oxu

Balakəndə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
21.01.2021 / 16:33
Ətraflı oxu

Alban-udi xristian dini icması Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəklədiyi barədə bəyanat yayıb

Xəbərlər
06.11.2020 / 10:06
Ətraflı oxu