Zaqatalada “Dini abidələrimiz” layihəsi çərçivəsində tədbir təşkil olunub

Press-relizlər / 08.11.2017 / 15:08

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icması tərəfindən “Dini abidələrimiz” layihəsi çərçivəsində Maqov kənd orta məktəbində “Abidələrimiz məktəblilərin gözü ilə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Yuxarı sinif şagirdləri və müəllim kollektivinin iştirakı ilə keçən tədbiri giriş sözü ilə açan Zaqatala rayonu Yolayrıc kənd məscidi dini icmasının sədri Yunus Eminov layihənin mahiyyəti barədə məlumat verib, məktəblilərin tariximizin yaddaşı sayılan abidələrimiz barədə məlumatlı olmalarının vacibliyini söyləyib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Azərbaycan xalqının keçmişinin aynası olan abidələrimizin məktəblilərə tanıdılmasının əhəmiyyətini qeyd edib, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan bütün abidələrin qorunub saxlanmasının vacibliyindən danışıb. Vətənpərvərlik ruhunun aşılanmasında bu dəyərlərin yeri və rolu barədə danışan natiq məktəbliləri tariximizi, ənənə və dəyərlərimizi daha dərindən öyrənməyə, gələcəkdə ölkəmizin inkişafına töhfə vermək üçün dərin biliklərə yiyələnməyə səsləyib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.   
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.  


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
31.07.2015 / 18:40
Ətraflı oxu

Astarada Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib

Press-relizlər
02.05.2019 / 12:41
Ətraflı oxu

Səyyad Salahlı: “Minbər tribunadır, onu kənar adamlara vermək olmaz!”

Press-relizlər
06.09.2019 / 14:30
Ətraflı oxu

Balakəndə “Gənclərin dini radikalizm və onun fəsadlarından qorunması” mövzusu müzakirə edilib

Press-relizlər
11.04.2019 / 17:15
Ətraflı oxu

Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır

Press-relizlər
15.05.2019 / 17:10
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu