Qusarda daha bir layihəyə yekun vurulub

Press-relizlər / 07.11.2017 / 16:11

Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qusar şəhəri “Mustafa Kazdal” məscidi dini icmasının “Azərbaycanda İslam həmrəyliyi: milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində sonuncu maarifləndirici  tədbir keçirilib.
Qusar şəhər 3 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, məktəbin direktoru Sədaqət Kərəməliyeva, dini icma sədri Fəryaddin Rəhimxanov və ictmaiyyət nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Sədaqət Kərəməliyeva tədbiri giriş sözü ilə açaraq bildirib ki, dini maarifləndirmə sahəsində tədbirlərin həyata keçirilməsi gənc nəslin düzgün dini biliklərlə yetişməsinə səbəb olur.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev dövlətin din sahəsinə göstərdiyi diqqətdən danışıb. O qeyd edib ki, dini icmalara bundan sonra da həm hökumət, həm də Dövlət Komitəsi tərəfindən lazımi dəstək göstəriləcəkdir.
İcma sədri Fəryaddin Rəhimxanov və digər natiqlər də öz çıxışlarında dövlət – din münasibətlərinə toxunaraq dövlətin dinə və dindara göstərdiyi qayğıdan bəhs ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 


Son baxılan xəbərlər

Mingəçevirdə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə edilib

Press-relizlər
12.06.2019 / 09:33
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi dəyərlərdən qaynaqlanan vətənpərvərlik” mövzusunda tədbir baş tutub

Press-relizlər
16.04.2019 / 17:17
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
26.01.2018 / 16:40
Ətraflı oxu

Azərbaycan Texniki Universitetində “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Xəbərlər
22.11.2019 / 15:41
Ətraflı oxu

Suraxanıda din xadimləri və gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 15:35
Ətraflı oxu

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
08.04.2019 / 15:51
Ətraflı oxu