Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 31.10.2017 / 16:51

Oktyabrın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Oğuz rayon Tərkeş kənd məscidi dini icmasının “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində Sincan kənd orta məktəbində növbəti dini maarifləndirici tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Taleh Abdullayev və Elvin Qarayev, Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, Sincan kənd orta məktəbin direktoru Ələddin Həbibullayev və yuxarı sinif şagirdləri  iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əlisəfa Dursunov layihə haqqında məlumat verib, keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Həmçinin qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Tədbirdə o da qeyd olunub ki, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği vacib məsələdir.
Daha sonra “Şəhadət” adlı sənədli film nümayiş olunub. 


Son baxılan xəbərlər

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Horadizdə vətəndaşları qəbul edib

Press-relizlər
20.02.2018 / 12:59
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu

Mübariz Qurbanlı:"Cənab İlham Əliyevin BMT-dəki çıxışı informasiya müharibəsində təcavüzkar Ermənistana ağır zərbədir"

Müsahibələr
22.09.2017 / 16:01
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

Bakıda “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilib

Press-relizlər
30.08.2018 / 11:52
Ətraflı oxu