Qəbələdə maarifləndirici tədbir keçirilib

Press-relizlər / 30.10.2017 / 10:35

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  dəstəyi ilə Qəbələ şəhər dindarlarının məscidi dini icmasının həyata keçirdiyi “İslam həmrəylik dinidir” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov, Qəbələ şəhər Cümə məscidinin imam müavini Taleh Şirinov, gənclər və din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma üzvü Taleh Şirinov layihə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Daha sonra o, radikal dini qrupların zərərləri haqqında danışıb, onlarla mübarizədə ənənəvi dini dəyərlərin təbliğinin əhəmiyyətini xüsusi vurğulayıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov çıxışında Azərbaycanda dövlət-din münasibətlərindən, müsəlman aləmində, eləcə də dünyada sabitliyin və dayanıqlı sülhün təmin edilməsi üçün İslam həmrəyliyinin, millətlər və dinlərarası dialoqun inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filminin nümayişi olub.
 


Son baxılan xəbərlər

Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
15.07.2019 / 16:17
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
11.05.2018 / 16:31
Ətraflı oxu

Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

Xəbərlər
21.11.2018 / 17:17
Ətraflı oxu

Zərdabda “Sülh və qardaşlıq dini İslam” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.03.2017 / 09:43
Ətraflı oxu

Zaqatalada “Şəhadət” sənədli filmi nümayiş olunub

Press-relizlər
22.02.2018 / 11:46
Ətraflı oxu