Bakıda “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah“ adlı konfrans keçirilib

Press-relizlər / 26.10.2017 / 17:04

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə oktyabr ayının 26-da “Milli-mənəvi dəyərlərin təbliği: dünən, bu gün, sabah” adlı konfrans keçirilib.
Milli-mənəvi dəyərlərimizin qorunması, xalqımızın multikultural və tolerant ənənələrinin daha da gücləndirilməsi sahəsində görülən işlər və bu sahədə qarşıda duran məsələlərin müzakirəsinə həsr olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiya nümayəndələri, din xadimləri, gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür və bundan sonra da bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsis edilən Mənəvi Dəyərlərin Təbliği Fondu barədə də ətraflı məlumat verən Mübariz Qurbanlı Fondun respublikamızdakı dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etmək məqsədi ilə yaradıldığını diqqətə çatdırıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcəyini vurğulayan Dövlət Komitəsinin sədri qeyd edib ki, DQİDK Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yeni yaradılan Fondla bağlı tədbirlər hazırlayaraq Azərbaycan xalqına məxsus mənəvi və milli dəyərlərin gənc nəslə daha geniş şəkildə çatdırılması istiqamətində işlər həyata keçirəcək.
Ulu Öndərimiz Heydər Əliyevin “İslam dini bizim milli-mənəvi dəyərlərimiz arasında çox ciddi yer tutan dəyərlərdən biridir” fikrini xatırladan Mübariz Qurbanlı vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin əsasında dinimiz dayananır və hər bir dəyərimiz bu və ya digər formada məxsus olduğumuz dinimizə aiddir. Onun sözlərinə görə, Azərbaycanın sivilizasiyaların qovşağında yerləşməsi, müxtəlif dinlərlə tarixən təmasımızın olması xalqımızın mədəniyyətinə, adət-ənənələrinə təsir göstərib.
Daha sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik  Rafael Hüseynov çıxışında mövzunun əhəmiyyətini yüksək qiymətləndirərək milli-mənəvi sərvətlərimizin tarixən keçdiyi yolda müəyyən çətinliklərlə, qadağalarla qarşılaşsa da, xalqımızın bu dəyərləri bütün dövrlərdə qoruyub saxlaya bildiyini diqqətə çatdırıb. R.Hüseynov, eyni zamanda, Ermənistanın Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsinə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasətindən də danışıb. Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını yüksək qiymətləndirən Milli Məclisin komitə sədri vurğulayıb ki, Fond Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəni irsinin, ədəbiyyatımızın yaratdığı böyük yaradıcılıq örnəklərinin dünyada təbliğ edilməsi ilə ölkəmizin böyüklüyünü, gücünü və qüdrətini bir daha göstərəcəkdir.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxışında Prezident İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı Fərmanı yüksək qiymətləndirib və buna görə ölkə başçısına təşəkkürünü bildirib. Natiq mənəvi dəyərlərimizin əsrlərboyu qorunub saxlanıldığını bildirərək, mənəvi dəyərlərimizin təbliğində kütləvi informasiya vasitələrinin üzərinə də böyük vəzifə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən millət vəkili Fazil Mustafa Prezident İlham Əliyevin Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında imzaladığı Fərmanın çox ciddi və zamanında atılmış addım olduğunu bildirib.  Natiq, eyni zamanda, qeyd edib ki, Azərbaycan spesifik ölkədir, burada müxtəlif dinlərin nümayəndələri sülh və tolerantlıq şəraitində yaşayır.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadova da Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını çox əhəmiyyətli tarixi hadisə olduğunu qeyd edib. Bildirib ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovuşağında yerləşən Azərbaycan tarixən çoxkonfessiyalı məkan olub. Hazırda da ölkəmiz İslam mədəniyyətinin, tolerant mühitin formalaşdığı nümunəvi ölkələrdən biridir.
Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Roma-Katolik kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev çıxışlarında dövlətimiz tərəfindən Azərbaycanda bütün sahələrə olduğu kimi, mili-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət göstərildiyini vurğulayıblar. Bildiriblər ki, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Çünki milli dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.


Son baxılan xəbərlər

"Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik" mövzusunda konfrans keçirilib

Press-relizlər
28.11.2014 / 17:53
Ətraflı oxu

Cəlilabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.11.2019 / 10:02
Ətraflı oxu

İslam həmrəyliyi müsəlman dünyasının xilasıdır

İSLAM HƏMRƏYLİYİ İLİ
28.03.2017 / 15:07
Ətraflı oxu

ADU-da “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda seminar keçirilib

Press-relizlər
14.12.2016 / 17:29
Ətraflı oxu

Hacıqabulda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
26.11.2018 / 15:10
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Xəbərlər
11.01.2016 / 09:08
Ətraflı oxu