Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru ilə görüşüb

Press-relizlər / 23.10.2017 / 16:33

Oktyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru Kristian Okerhelm ilə görüşüb.
Qonağı salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bu gün ölkəmizdə vicdan azadlığının təmin edilməsi, dini, milli münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, tolerant və multikultural mühitin qorunub-saxlanılması istiqamətində ardıcıl addımlar atıldığını bildirib. Dövlət Komitəsinin sədri müsəlman və qeyri-müsəlman dini icmalara dövlət tərəfindən maliyyə yardımının ayrıldığını və Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə daima xüsusi diqqət göstərildiyini vurğulayıb.
Dövlət Komitəsinin “Həyat sözü” icması ilə yaxından əməkdaşlıq etməsindən məmnunluqlarını ifadə edən qonaq Azərbaycandakı tolerantlıq və dinlərarası münasibətləri, icmaların fəaliyyəti üçün yaradılan sağlam mühiti xüsusi olaraq qeyd edib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və “Həyat sözü” xristian dini icmasının sədri Rasim Xəlilov da iştirak ediblər. 


Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
24.01.2018 / 12:42
Ətraflı oxu

Azərbaycan tolerantlıq nümunəsidir

Multikulturalizm
16.11.2016 / 15:33
Ətraflı oxu

Sabirabad rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.06.2019 / 16:37
Ətraflı oxu

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Xəbərlər
04.07.2020 / 09:59
Ətraflı oxu

Qeyri-islam təmayüllü dini qurumların rəhbərlərinin Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə ...

Bəyanat
06.06.2015 / 14:09
Ətraflı oxu

Səyyad Salahlı: “Din xadimləri sosial medianın imkanlarından maksimum yararlanmaqla maarifləndirici missiyanı daha operativ, daha ...

Press-relizlər
18.10.2019 / 14:05
Ətraflı oxu