Şəkidə dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri mövzusu müzakirə olunub

Press-relizlər / 20.10.2017 / 10:47

Şəki rayon Tərkeş kənd məscidi dini icmasının “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində Tərkeş kənd mədəniyyət evində növbəti dini maarifləndirici tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev,Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, kənd ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri Əlisəfa Dursunov layihə haqqında məlumat verib, keçiriləcək dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev ölkəmizdə formalaşmış dövlət-din münasibətlərindən, dini radikalizmin fəsadlarından, onun yaranma səbəblərindən, bu sahədə aparılan mübarizə üsullarından ətraflı bəhs edib. Həmçinin qeyd edib ki, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunmasına və İslam həmrəyliyi ənənələrinin möhkəmləndirilməsinə böyük önəm verilir.
Tədbirdə o da qeyd olunub ki, dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliği vacib məsələdir.
Sonda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Xocasən qəsəbəsində “Dövlət-din münasibətləri: tarix, hüquq və ənənə” mövzusunda tədbir keçirilib

Press-relizlər
19.02.2020 / 16:55
Ətraflı oxu

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Xəbərlər
16.04.2019 / 17:10
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan ayı ilə bağlı fikirlərini ...

Xəbərlər
21.04.2020 / 11:45
Ətraflı oxu

Zaqatalada multikulturalizm mövzusunda tədbir keçirilib

Press-relizlər
19.04.2016 / 18:12
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 16:24
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
17.10.2018 / 15:59
Ətraflı oxu