Mübariz Qurbanlı Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib

Açıqlama / 27.11.2014 / 11:19

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ötən gecə naməlum şəxslər tərəfindən Qaraçuxur məscidinin yandırılmasına münasibət bildirib.
M.Qurbanlı APA-ya ekskluziv açıqlamasında bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədri müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir.
M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: “O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”. Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.
Qeyd edək ki, ötən gecə naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb. 

Son baxılan xəbərlər

Pasxa bayramı münasibətilə Bakı şəhərində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində konsert-görüş təşkil edilib

Press-relizlər
26.04.2019 / 12:17
Ətraflı oxu

Sabirabadda “Milli-mənəvi dəyərlərin təbliğində din icmaların yeri və rolu” mövzusu müzakirə olunub

Press-relizlər
07.11.2019 / 15:02
Ətraflı oxu

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurası yazı müsabiqəsi ...

Press-relizlər
01.07.2019 / 17:27
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
26.12.2019 / 11:42
Ətraflı oxu

Oğuzda “Şəhidlik və dini radikalizm” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
26.04.2018 / 14:33
Ətraflı oxu

9 və 17 saylı cəzaçəkmə müəssisələrində “Azərbaycanda birgəyaşayış ənənələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.02.2017 / 15:20
Ətraflı oxu