“Dini radikalizmə “dur!” deyək” adlı broşür nəşr edilib

Kitablar / 19.10.2017 / 11:41

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Dini radikalizmə “dur!” deyək” adlı broşür nəşr edilib. Broşür müasir dövrümüzün bəlasına çevrilən və cəmiyyətin nizamının pozulmasına səbəb olan dini radikalizm və ekstremizmin fəsadlarından bəhs edir.
Nəşrin “Radikalizmə aparan yol – Fanatizm”, “Din xilaskarlığı” – Radikalizm”, “Dini radikalizmin yaranma səbəbləri”, “XXI əsrin vəbası ekstremizm” və s. bölmələrində dini radikalizm və ekstremizmin yaranma səbəbləri kimi savadsızlıq, xüsusilə də dini savadsızlıq, psixoloji problemlər, dünyaya inteqrasiya proseslərində zəif iştirak, sosial ədalətsizlik, işsizlik və yoxsulluq, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə göstərilir, dini radikalizm və ekstremizmlə mübarizə üsulları olan maarifləndirici, preventiv (qabaqlayıcı), profilaktik və inzibati metodlar haqqında bəhs edilir.
Broşürdə, eləcə də radikallaşmanın əsas səbəblərindən olan cəhalət və ona qarşı mübarizədə maarifləndirmənin əhəmiyyəti, həmçinin, ailədaxili tərbiyə, təhsil və din xadimlərinin üzərinə düşən vəzifələrə də yer verilib.
Sadalanan mövzularla bağlı Qurani-Kərimin müxtəlif ayələrindən misallar çəkilən nəşrdə Azərbaycan Respublikasının Konstitusiyası, “Dini etiqad azadlığı haqqında” və “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunları, eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən maddələr də yer alıb.
Qeyd edək ki, nəşrin müəllifləri Dövlət Komitəsinin əməkdaşları Ayxan Həsənov və Güney Namazovadır.
 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib

Xəbərlər
06.11.2018 / 10:36
Ətraflı oxu

Göyçayda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.10.2018 / 16:50
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondu Qubada regional seminar təşkil edib

Press-relizlər
06.11.2018 / 15:12
Ətraflı oxu

Masallıda “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
17.10.2018 / 17:22
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutu loqo müsabiqəsi elan edir

Press-relizlər
26.07.2018 / 15:12
Ətraflı oxu

Mehman İsmayılov: “Mənəvi Dəyərlərin Təbliği Fondu QMİ ilə birgə yerlərdə din xadimlərinin fəaliyyətini dəyərləndirəcək”

Press-relizlər
03.05.2018 / 09:28
Ətraflı oxu