Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Press-relizlər / 18.10.2017 / 16:10

Oktyabr 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının birgə iştirakı ilə dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə “Binəqədi rayonu dini icması” (Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Dadaşov küçəsi) və “İrfan dini icması”na (Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 15) baxış keçirilmişdir.
Baxış əsnasında hər iki ünvanda qanunazidd qaydada dini ayinlərin icrası aşkar edilmişdir. Adıçəkilən dini icmalarda qeyri-qanuni olaraq dini ayin icra edən Əhədov Cəlal Zakir oğlu, Həsənzadə Ramin Abdulla oğlu barəsində DQİDK-nın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2. və 515.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.  

Son baxılan xəbərlər

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
26.01.2018 / 16:40
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
22.01.2020 / 17:22
Ətraflı oxu

Vəndam qəsəbəsində "Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.04.2017 / 12:50
Ətraflı oxu

15 İyun - Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılıb

Xəbərlər
14.06.2019 / 17:52
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir ...

Press-relizlər
07.02.2019 / 17:04
Ətraflı oxu