Lənkəranda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb

Press-relizlər / 26.11.2014 / 09:45

Noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Respublikanın Cənub bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans öz işinə başlayıb.
Tədbirin məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır.
Konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başcısı Taleh Qaraşov, Milli Məclisin deputatları - Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Cavanşir Paşazadə, Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı iştirak ediblər.
Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzmüşlər.
Konfransı giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov belə bir konfransın Cənub bölgəsində, o cümlədən Lənkəran şəhərində keçirilməsini çox yüksək dəyərləndirərək  Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Milli-mənəvi dəyərlərimizin xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıdığını, ideologiyamızın əsas tərkib hisssələrindən biri olduğunu qeyd etmişdir. "Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına çox böyük önəm verib. Biz də bütün fəaliyyətimizi məhz bu istiqamətdə davam etdirməliyik. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi tədbirlər əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş tolerantlıq siyasətinin daha da möhkəmlənməsi kursunun davamıdır", - deyə qeyd edib.
Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən danışıb. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərin ana xəttini azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və bizim də mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərləri qoruyan ölkələr sırasında olmaqla İslamı yad təsirlərdən qorumalıyıq.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin dini etiqad azadlığı vardır. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Xarici təsirlərdən qorunmaq işində ruhanilərin üzərinə daha çox məsuliyyət düşür.
Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli mənəvi, dini adət-ənənələrimizi yaşatmalı və onu düzgün şəkildə insanlara çatdırmalıyıq. Din sahəsində ideoloji cəhətdən boşluq yaranmasına imkan verməməliyik. Buna görə də Dövlət Komitəsinin bu maariflənidirici tədbirləri gələcəkdə də davam etdiriləcək. Dinimiz İslamdır, dəyərlərimiz İslam dəyərləridir, ideoloji bazamız azərbaycançılıqdır. Biz bununla ölkəmizin qarşısında duran hədəfi - güclü, qüdrətli, zəngin Azərbaycanı elə bir zirvəyə çatdırmalııyıq ki, yalnız Qafqazda deyil, dünyada söz sahibi olan ölkələr sırasına çıxsın.
Tədbirdə Milli Məclisin deputatları Hadı Rəcəbli, Cavanşir Paşazadə, Hüseynbala Mirələmov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, bölgə qazısı Qəni Axundzadə çıxış edərək ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Son vaxtlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra konfrans öz işini birinci plenar iclasla davam etdirib.
Regional konfransın birinci günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderator olduğu “Tarixilik və müasirlik baxımından milli mənəvi dəyərlərimiz” adlı paneldə  Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərimizin rolu”, DQİDK-nın Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov “Milli adət-ənənələrimiz və müasir çağırışlar”, Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazısı Mirqiyas Təhməzov “İslamda Vətən və dövlət sevgisi” mövzusunda məruzə ilə çıxış ediblər.
Sonra dinlənilən məruzələr ətrafında müzakirələr aparılıb.
Noyabrın 26-da konfrans işini davam etdirəcək.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Ermənistan dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti ...

Xəbərlər
03.09.2020 / 12:24
Ətraflı oxu

Nəsimi rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
29.08.2019 / 15:22
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb

Xəbərlər
16.10.2019 / 16:13
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Cocuq Mərcanlı məscidinə kitablar hədiyyə edib

Press-relizlər
20.02.2018 / 18:13
Ətraflı oxu

Göyçayda “İnsan Hüquqları Aylığı” çərçivəsində “İslamda insan haqları” mövzusunda tədbir keçirilib

Press-relizlər
31.05.2018 / 17:50
Ətraflı oxu

Sumqayıtda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda keçirilən regional konfrans öz işini davam etdirib

Press-relizlər
26.12.2018 / 16:49
Ətraflı oxu