Hacıqabulda “İslamda həmrəyliyin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 18.10.2017 / 10:29

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Hacıqabul rayonu Abdulabad kənd ‘’Cümə’’ məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici  tədbir  keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Şıxalıyev, Abdulabad kənd Cümə məscidi dini icmasının sədri Həsrət Şıxalıyev, eləcə də gənclər  və ictimaiyyət nümayəndələri  iştirak ediblər.
Dini icma sədri Həsrət Şıxalıyev layihə çərçivəsində keçrilən tədbirlərin əhəmiyyətindən danışıb, bu tədbirlərin  əhalinin, xüsusilə də gənclərin dini maarifləndirilməsində oynadığı roldan bəhs  edib.
Hacıqabul RİH başçısı Aparatının nümayəndəsi Elvin Şıxalıyev bildirib ki, Azərbaycanda aparılan düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə müsəlmanlarla yanaşı başqa dinlərin nümayəndələri də mehriban şəkildə yaşayır. Tariximizin istənilən mərhələsinə nəzər saldıqda heç bir milli, dini və irqi zəmində münaqişə baş verməyib.
DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov ölkəmizdə mövcud dini durum,  dövlət-din münasibətləri,  dövlətin dinə  qayğısından bəhs edib. O, ölkəmizdə heç bir məzhəb ayrı-seçkiliyinin olmadığını,  insanların mehriban şəkildə yaşadığını,  İslam dininin vəhdət,  birliyə çağırış,  tolerant din olduğunu dinləyicilərin nəzərinə çatdırıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.

 


Son baxılan xəbərlər

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Xəbərlər
19.03.2019 / 10:57
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
04.10.2017 / 16:30
Ətraflı oxu

Dövlət aztəminatlı ailələrin dəfn xərclərinin ödənilməsinə yardım edəcək

Açıqlama
26.12.2017 / 17:29
Ətraflı oxu

Balakəndə “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
09.01.2020 / 16:39
Ətraflı oxu

Prezident İlham Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul edib

Xəbərlər
26.11.2018 / 16:41
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzidir”

Multikulturalizm
21.06.2017 / 17:31
Ətraflı oxu